Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN AKTİVİNƏ DAHA 95 ÖLÜ

BƏŞƏR ƏSƏDİN AKTİVİNƏ DAHA 95 ÖLÜ


1-09-2012, 12:07
BƏŞƏR ƏSƏDİN AKTİVİNƏ DAHA 95 ÖLÜ

SURİYA REJİMİ QƏTLİAMLARI DAVAM ETDİRİR

DİA.AZ: - Suriya İnsan Haqqları Təşkilatı Bəşər Əsəd rejimi tərəfindən daha 95 nəfərin qətlə yetirilməsi barədə məlumat yayıb. DİA.AZ-ın xəbərinə görə, SİHT-in açıqlamasında qeyd olunur ki, həmin 95 nəfərin 31-i Dəməşqdə, 22-si Humusda, 15-i Hələbdə, 8-i Dəyrəz-Zorda, 7-si Dorada, 4-ü Həsəkədə, 3-ü Lazkiyədə, 3-ü İdlibdə, 1-i Rakkada və digər 1 nəfəri isə Tartusda qətlə yetirilib.

Dəməşqin rəsmi Xəbər Agentliyi isə paytaxtda həyatın normala dönüşməsi barədə məlumatlar yaymaqdadır.

Geri qayıt