Əsas Səhifə > Sosial, Manşet > MASALLIDA DÖVLƏT İDARƏLƏRİ NƏDƏN BAŞSIZ QALIB?

MASALLIDA DÖVLƏT İDARƏLƏRİ NƏDƏN BAŞSIZ QALIB?


1-09-2012, 14:10
MASALLIDA DÖVLƏT İDARƏLƏRİ NƏDƏN BAŞSIZ QALIB?

YENİ İCRA BAŞÇILARI “QOYDUQLARI PULU” ÇIXARMAQ BARƏDƏ DÜŞÜNÜRLƏR

DİA.AZ: - Cənub regionunda bir kadr böhranının yaşanması barədə təssrüat yaransa da, böhranın xüsusi olaraq hiss olunduğu Masallıda məsələ heç də göründüyü kimi deyil. Bu barədə DİA.AZ-ı bilgiləndirən rayondakı qaynaqların sözlərindən belə aydın olur ki, bir zamanlar Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator postunu tutmuş Rafil Hüseynov boşaltdığı vəzifələri “yaxşı qiymətə” sata bilmədiyindən elə onları boş saxlamağaı daha məqsədə uyğun bilir.

Məlumatı verən qaynaq iddia edir ki, hazırda Masallıda Maliyyə şöbəsinin müdirliyi, hərbi komissar və Polis şöbəsində Yol Polisi rəisliyi vəzifələri hələ də boşdur. Maliyyə şöbəsinin müdirliyindən Masallı Telekommunikasiya Qovşağına rəis gedən Səməd Abıyev bəzi rəhbərlər kimi heç kimə toxunmamaq - yəni məxməri siyasət aparmaq əvəzinə, gözünə pis görünən istənilən kadrı vəzifəsindən kənarlaşdırır. Və elə onun da idarəsində bu gün boş vəzifələr yetərincədir. Əslinda Səməd Abıyevin nədən belə addımı atması aydındır. Hər halda yeni vəzifəsi üçün verdiyi pulun bədəlini çıxarmalıdır. Eynən icra başçısı kimi...

Onu da bildirək ki, bşaçıları yenilənən iki rayonda – Lənkəran və Yardımlıda da vəziyyət “uruscadır”. Belə ki, yeni rayon rəhbərləri əməlli bağşlı alverlə məşğuldurlar. Məsələn son məlumata görə isə Lənkəran İcra hakimiyyətində şöbə müdirliyindən azad edilən Səmədağa Abdullayev Lənkəran Regional Miqrasiya idarəsinə müdir təyin edilib. Ki, Abdullayev yeni vəzifəsinin müqabilində nə az, nə çox, 100 min dollar pul verməli olub.

Yardımlı rayonunda isə uzun müddət boş olan ƏSSM-nin müdiri yerinə isə nazirlik tərəfindən həmin rayonda, DSMF-nin yerli şöbəsində inspektor vəzifəsində çalışan Kamal Abdulovun namizədliyinin razılaşdırıldığı bildirilsə də, hələ ki yeni naziədlə icra başçı arasında ümumi razılığın olmaması barədə söhbətlər dolaşır.

Geri qayıt