Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AMERİKA İKİ MÜSTƏQİL ÖLKƏNİN İŞİNƏ QARIŞMAMALIDIR
AMERİKA İKİ MÜSTƏQİL ÖLKƏNİN İŞİNƏ QARIŞMAMALIDIR2-09-2012, 13:49 |
XİN-DƏN ABŞ-A CAVAB «ABŞ hökumətinin iki müstəqil ölkənin – Azərbaycan və Macarıstanın münasibətlərinə qarışması təəccüb doğurur». Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. APA-ya müsahibəsində Elman Abdullayev bildirib ki, Macarıstanın Azərbaycan zabiti Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi iki ölkənin qanunvericiliyi çərçivəsində baş tutub: «Biz, həmçinin anlayırıq ki, Amerikanın bu mövqeyi ABŞ-da seçkilər öncəsi daxili siyasi vəziyyətlə əlaqəlidir. Azərbaycan dövləti başda prezident İlham Əliyev olmaqla hər zaman Azərbaycan xalqının və bütün soydaşlarımızın müdafiəsində dayanıb, dayanır, bundan sonra da dayanacaq. Nə Ermənistan, nə digər hanısa ölkə Azərbaycanla bu tonda danışa bilməz. Xüsusən o halda ki, Azərbaycan tam olaraq qanunlar əsasında hərəkət edir». ABŞ Ramil Səfərovun Azərbaycana gətirilərək əfv olunmasından narahatlığını bildirib. Geri qayıt |