Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ARİF QULİYEVİN SƏHHƏTİ PİSLƏŞİB
ARİF QULİYEVİN SƏHHƏTİ PİSLƏŞİB3-09-2012, 12:06 |
O, ZƏRDABDAN BAKIYA GÖNDƏRİLİB Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb. APA-nın Aran bürosunun xəbərinə görə, dünən gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ruslan Nemətov APA-ya Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb. Geri qayıt |