Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEV ARAZ AĞALARAOVA QARŞI GEDİR

RAMİZ MEHDİYEV ARAZ AĞALARAOVA QARŞI GEDİR


3-09-2012, 12:35
RAMİZ MEHDİYEV ARAZ AĞALARAOVA QARŞI GEDİR

PA RƏHBƏRİ PREZİDENTİN QUDASI İLƏ BAĞLI DİASPORALARA TAPŞIRIQ VERİB

DİA.AZ: - Gedişi barədə dəfələrlə məlumatların yayılmasına rəğmən, hələ də öz postunu qorumaqda olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev indi də prezidentin qudası, tanınmış iş adamı Araz Ağalarovu və onun oğlu, prezidentin kürəkəni Emin Ağalarovu hədəfə alıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı qaynaq iddia edir ki, PA rəhbəri Ağalarovlar ailəsinə qarşı mətbu kampaniyaya da başlayaraq, onunla bağlı müxtəlif KİV-lərə məlumatlar ötürməklə məşğuldur.

Təbii ki, bu da birbaşa olaraq son zamanlar Ramiz Mehdiyevin başında dayandığı Rusiyyönlü Naxçıvan klanının hakimiyyət içindəki mövqelərinin zəifləməsi ilə əlaqədardır. Bu barədə redaksiyamıza danışan qaynaq əlavə edir ki, Ramiz Mehdiyev və ona yaxın olan adamlar son zamanlar həm inşaat sektorunda və həm də bank sektorunda çox ciddi zərbələr alıblar: «Bu səbəbdən PA rəhbəri də cavab atəşinə hazırlaşır. Digər yandan isə, qarşıdan prezident seçkilərinin gəlməsi Mehdiyevin özünü hiss etdirməsini daha da vacib edib. Çünki PA rəhbəri nəinki hakim düşərgəyə, hətta bütün ölkəyə belə bir ideyanı yürüdüb ki, guya o olmadan hakimiyyətin işi yürüməz və hətta hakimiyyət heç bir seçki prosesindən qalib belə ayrıla bilməz. Mehdiyev öz fikirlərini bu vaxta qədər keçirilən bütün seçkilərdə favorit olması ilə də əsaslandırır».

Ümumrusiya Azərbaycanlıları Konqresindəki qaynaqlardan daxil olan informasiyalar da əldə etdiyimiz faktların təsdiqi kimi qəbul oluna bilər. Belə ki, sözügedən qaynaqdan əldə etdiyimiz məlumatlardan aydın olur ki, Bakıdan - Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun adı ilə Rusiyadakı bütün diaspora təşkilatlarına belə bir tapşırıq gəlib ki, Ağalarovlar ailəsi həyata keçirilən tədbirlərdən təcrid olunmalıdırlar. Hər halda, Əli Həsənovun Ramiz Mehdiyevin bir nömrəli adamı olması da faktdır.

Bu dəlillər isə belə deməyə rəvac verir ki, 2013-cü il prezident seçkiləri nəinki iqtidar-müxalifət münasibətləri müstəvisində, elə hakimiyyətin öz daxilində də ciddi təlatümlər yaradacaq hadisələrlə zəngin olacaq.

Murad TƏHMƏZOV DİA.AZ - RAMİZ MEHDİYEV ARAZ AĞALARAOVA QARŞI GEDİR

Geri qayıt