Əsas Səhifə > Şou-biznes > “UZUN İLLƏRDİR DOSTLUQ EDİRİK”

“UZUN İLLƏRDİR DOSTLUQ EDİRİK”


3-09-2012, 12:51
“UZUN İLLƏRDİR DOSTLUQ EDİRİK”

MƏLAHƏT ABBASOVA AYBƏNİZ HAŞIMOVAYA KLİP ÇƏKƏCƏK

Türkiyədə yaşayan azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova əməkdar artist Aybəniz Haşımovaya klip çəkəcək. Bu barədə APA-ya məlumat verən Aybəniz Haşımova təklifin məhz onun tərəfindən olunduğunu qeyd edib. Müğənni bildirib ki, Məlahət Abbasovanın ekranlaşdıracağı “Unutmaq çətin” mahnısının sözləri Muxtar Abduyevə, musiqisi Naibə Şahməmmədovaya məxsusdur: “Biz Məlahətlə uzun illərdir dostluq edirik. O Türkiyədə çoxsaylı tamaşalar səhnələşdirib və düşündüm ki, bu klipi məhz o ekranlaşdırmalıdır. Azərbaycan tamaşaçısı klipdə də onun gözəl işinin şahidi olmalıdır. Məlahət öz işinin peşəkarıdır”.
Aybəniz Haşımova, klipin çəkilməsi üçün payız fəslini gözlədiklərini deyib.

Kliplə bağlı müəyyən ssenari hazırlayan Məlahət Abbasova APA-ya çox həyəcanlı olduğunu bildirib: “Bu təklif məni həyəcanlandırdı və “niyə də olmasın” deyə düşündüm. Mahnı çox xoşuma gəlmişdi və dinlədikcə artıq beynimdə maraqlı bir süjet canlandı. Lirik, ürəyə yatımlı, məhəbbətdən bəhs edən bir mahnıdır və mahnının ekran versiyasının da uğurlar alınmasına çalışacağam”.

Geri qayıt