Əsas Səhifə > Hadisə > QIŞ VAXTINA KEÇİD ƏHALİNİN CİBİNƏ ZİYAN VURACAQ

QIŞ VAXTINA KEÇİD ƏHALİNİN CİBİNƏ ZİYAN VURACAQ


30-10-2011, 14:00
QIŞ VAXTINA KEÇİD ƏHALİNİN CİBİNƏ ZİYAN VURACAQ

İŞIQLI HAVADA 1 SAAT ARTIQ YATMAĞIMIZ BİZƏ BAHA BAŞA OTURUR

DİA.AZ: - Azərbaycan Respublikasında qış vaxtına keçid tətbiq olunub. Bildirək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 30 oktyabr 2011-ci il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib.

Onu da qeyd edək ki, artıq bir sıra ölkələr saatların irəli-geri çəkilməsindən imtina ediblər. Elə qardaş Türkiyədə də bu məsələ aktualdır. Və artıq rəsmi səviyyədə məsələ müzakirə olunur.

Bizdə necə? Hər halda saatların geri çəkilməsi ilə insanlarımız işıqlı havada 1 saat artıq yatmalı olurlar. Bunun isə işıqlı havadan səmərəli istifadə baxımından və eləcə də enerjiyə qənaət məsələsinə görə heç də əlverişli olmadığı söylənilir.

Bu barədə “Dünya” İnformasiya agentliyi redaksiyasına (dia-az.life) məlumat verən Nazirlər Kabinetinin nüfuzlulularından biri söylədi ki, ola bilsin gələn ildən Azərbaycanda da saatlarla oynamadan vaz keçilsin: “Çünki qış vaxtına keçid zamanı əhalinin və eləcə də işyerlərinin 1 saat artıq işıqdan istifadə etməsi nəticəsində lüzumsuz israfçılığa yol verilir”.


Geri qayıt