Əsas Səhifə > Güney Press, Araşdırma > RAMİL SƏFƏROV NİŞANLI DEYİLMİŞ

RAMİL SƏFƏROV NİŞANLI DEYİLMİŞ


3-09-2012, 13:48
RAMİL SƏFƏROV NİŞANLI DEYİLMİŞ

HƏR HALDA, ATASININ BUNDAN XƏBƏRİ YOXDUR

Ramil Səfərov Azərbaycana gətiriləndən sonra sosial şəbəkələrdə onun nişanlısının olduğu barədə xəbərlər yayıldı. Hətta bir neçə xəbər saytı da Facebook-da yayılan xəbərlərə istinadla Ramil Səfərovla onun nişanlısı olduğu iddia edilən Şəbnəm Gülməmmədova adlı xanımın yanaşı şəkillərini dərc etdi.

Modern.az məsələ ilə bağlı zabitin atasından münasibət öyrənməyə çalışıb.

Maraqlıdır ki, Sahib Səfərov da Ramilin nişanlısının olduğu barədə məlumatı təkzib edib. O, hətta mətbuatın ailənin daxili işlərinə qarışmasından, hər xırdaçılığa getməsindən də şikayətlənib:

”Kim deyir bunu, nişanlı haqda mənim məlumatım yoxdur. Artıq mətbuat da hər xırdaçılığa gedir və ailənin daxili işlərinə qarışır. Ramilin üzünü ancaq gələn günü görmüşəm. Və bir dəfə də imkan olmayıb ki, oturub onunla danışım, dərdləşim, görüm doğrudan da nişanlısı var, ya yox” - deyə Sahib Səfərov vurğulayıb. O, mətbuatı hər şayiəyə ciddi xəbər kimi yanaşmaqda ittiham edərək, bundan artıq danışmayacağını qeyd edib.

Geri qayıt