Əsas Səhifə > Güney Press, Araşdırma > DİQQƏT: SATIŞDA “SROKU” KEÇMİŞ ƏRZAQ VAR
DİQQƏT: SATIŞDA “SROKU” KEÇMİŞ ƏRZAQ VAR3-09-2012, 13:51 |
KÖHNƏ ƏRZAĞI SATIŞA BURAXAN DƏLƏDUZLAR AŞKARLANIB Bakıda istifadə müddəti bitmiş müxtəlif növ unlu və şəkərli qənnadı məhsullarının təkrar satışa verildiyi faktı aşkar olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı şossesi ünvanında fəaliyyət göstərən, Rusiya Federasiyası istehsalı olan müxtəlif növ unlu və şəkərli qənnadı məhsulların idxalı və satışını həyata keçirən "Venera" MMC-də dövlət nəzarəti aparılıb. Müəssisəyə məxsus anbarda aparılmış araşdırma zamanı müxtəlif ticarət şəbəkələrindən geri qaytarılmış və yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixin silinərək yeni tarix qeyd olunduğu aşkar edilib. Eyni zamanda məhsulların üzərindəki etiketlərin qopardılaraq son istifadə müddətinin silinərək, yeni nüsxəsinə müəssisə tərəfindən tarix vurulub satışa göndərildiyi müəyyən edilib. "Venera" MMC-yə məxsus anbarda aşkar olunmuş Rusiya Federasiyasının "Nevski" qənnadı fabrikinin istehsalı olan yararlılıq müddəti bitmiş 276 kq "Mия" konfetləri, yararlılıq müddəti 31.05.2012 tarixində bitmiş 210 kq "Тоффетто" şokoladlı irisi, üzərində istehsal tarixi olmayan 159 kq "Афинские тайны" adlı konfetləri, üzərində istehsal tarixi olmayan 80 kq "Фуринтик" marmeladı, Rusiya Federasiyasının "Penzenskiy xlebzavod" müəssisəsinin istehsalı olan üzərində yararlılıq tarixi olmayan 105 kq "Ароматное" adlı şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 90 kq "Вкусное" şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 91 kq "Пражское" şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 45 kq "Вологодское ванилное" peçenye, üzərində istehsal tarixi olmayan 243 kq "Вологодское" şəkərli peçenyeləri Dövlət Nəzarəti Xidməti tərəfindən aktlaşdırılaraq möhürlənib və satışı qadağan edilib. Müəssisədə araşdırmalar davam etdirilir. Geri qayıt |