Əsas Səhifə > Şou-biznes > “FONOQRAMA PİS BAXIRAM”

“FONOQRAMA PİS BAXIRAM”


30-10-2011, 14:03
“FONOQRAMA PİS BAXIRAM”

“HEÇ OLMASA, TOYDA FONOQRAM OXUMASINLAR”

"Mən toylarımızda fonoqramlardan istifadə edilməsinə pis baxıram".

Milli.Az xəbər portalının məlumatına görə, bunu ATV kanalında yayımlanan "ATV maqazin" verilişində Bəyimxanım Vəliyeva deyib.

O, ilk öncə ilin ən yaxşı müğənnisi adına layiq görüldüyünü vurğulayıb:

"Mən "Zirvə" mükafatım üçün çox sevinirəm. Lakin mükafatım artdıqca mənim məsuliyyətlərim də artır. Klipimin təqdimatına hazırlaşıram. 10 günə hazır olacaq.
Hər müğənni, hər estrada ifaçısı gəlib muğam oxuya bilməz. Çünki muğam elə bir dəryadır ki, boğaz tələb edir. Ola bilsin ki, müğənni hansısa bir mahnısıyla yadda qalsın, amma muğam oxuyan nə qədər yaxşı ifa etsə də xırda bir səhv etməklə artıq onun yaxşı oxumağı unudulur".

Daha sonra isə həmkarlarının bostanına daş atıb.

"Mən toylarımızda fonoqramlardan istifadə edilməsinə pis baxıram. Həmçinin də bu toylarda oxuyan müğənnilərin 1 saatlıq fonoqramla oxumasına pis yanaşıram. El şənliklərində canlı oxumaq lazımdır", - deyə B.Vəliyeva bildirib.


Geri qayıt