Əsas Səhifə > Güney Press, Üçüncü sektor > EKS-PREZİDENTLƏR ARASINDA AYRI-SEÇKİLİK
EKS-PREZİDENTLƏR ARASINDA AYRI-SEÇKİLİK4-09-2012, 12:38 |
ELÇİBƏYİN AİLƏSİNİN GÖZÜ YOLDADIR Dövlət başçısı İlham Əliyevin iki ay öncə imzaladığı eks-prezidentlər haqqında qanunun keçmiş prezident Ayaz Mütəllibova aid bütün şərtləri icra olunsa da, mərhum Əbülfəz Elçibəyin ailəsi hələ də bundan yararlana bilmir. Bu barədə Modern.az-a mərhum Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev məlumat verib. Bildirib ki, sənədin təsdiqindən iki aydan çox vaxt keçsə də, Elçibəy ailəsi üçün qanun hələ icra olunmayıb. “Qanun ölkə prezidenti tərəfindən təsdiq edildikdən sonra bir nəfər də olsa bununla bağlı Elçibəyin ailəsinə müraciət etməyib. Artıq həmin qanunun qüvvəyə minməsindın iki aydan artıq vaxt keçir, amma bizə heç bir xəbər verilmir ki, qanun necə və zaman icra olunacaq. Elçibəyin ailəsi də çoxdandır ki, Bakıda deyil. Biz də eks-prezidentlər haqqında qanunun mərhum Elçibəyin ailəsinə aid olmasına sevinsək də, hələ də itirib-axtaran yoxdur. Narahatıq ki, nə üçün qanun icra olunmur”, - deyə A.Əliyev vurğulayıb "Azərbaycan Respublikasının keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanununu əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. A.Mütəllibov hazırda qanunun imtiyazlarından istifadə edir. O, özü də bunu təsdiqləyib. Geri qayıt |