Əsas Səhifə > Partiya > AXCP İLƏ KXCP BİRLƏŞİR?
AXCP İLƏ KXCP BİRLƏŞİR?4-09-2012, 13:07 |
MİRMAHMUD MİRƏLİOĞLU XƏBƏRİ TƏKZİB ETDİ “KXCP ilə AXCP-nin birləşməsi barədə heç nə düşünmürəm”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, müavini Qaya Əliyevin KXCP ilə AXCP-nin birləşməsi təklifi ilə bağlı fikirlərini belə şərh edib: “Bu, Qaya Əliyevin şəxsi mövqeyidir, özü bilər”. Mövzu ilə bağlı APA-ya açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, indiki şəraitdə cəmiyyətdə birlik məsələsinin aktuallaşması, bu istiqamətdə təşəbbüslərin göstərilməsi alqışlanmalıdır: “Ancaq bu, elə bir məsələdir ki, təkcə xoş niyyətlə, xoş məramla reallaşa bilməz. Bundan ötrü Qaya bəyin təmsil olunduğu partiyanın rəhbər qurumlarının ümumi, yekdil rəyi olmalıdır. Yəni, partiyanın rəsmi qərarına ehtiyac var. Ancaq indiki halda biz buna Qaya bəyin şəxsi xoş məramı kimi yanaşırıq”. Xatırladaq ki, KXCP sədrinin müavini Qaya Əliyev təmsil olunduğu partiya ilə AXCP birləşməsini təklif edib. Geri qayıt |