Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİDƏN QADIN FUTBOLUNA DƏSTƏK
MÜĞƏNNİDƏN QADIN FUTBOLUNA DƏSTƏK4-09-2012, 13:12 |
AYGÜN KAZIMOVA KLİPİNİ TƏQDİM ETDİ Bu gün xalq artisti Aygün Kazımova Azərbaycanda keçiriləcək yaşadək futbolçu qızlar arasında dünya çempionatında idmançılarımıza dəstək olmaq üçün ifa etdiyi “Qol” mahnısına çəkilmiş klipini təqdim edib. “Qol” mahnısının sözləri Namiq Qaraçuxurlu, musiqisi Aygün Kazımovaya məxsusdur. Xalq artisti tədbirə Azərbaycan yığmasının formasında qatılıb. Çəkilişləri iyulun ilk ongünlüyündən başlayaraq, avqustun əvvəllərinə qədər davam edən klipi xalq artistinin müqavilə əsasında çalışdığı Türkiyənin “DokuzSekiz Müzik Yapım Şirkəti”nin təşəbbüsü ilə “FilmLine” kompaniyasında istehsal olunub. Türkiyədən gələn komandanın üzvləri Aygün Kazımovanın vertolyotla Bakı səmasında çəkilişlərini edib. Klipdə qızlardan ibarət milli yığmamızın futbolçu heyəti də xalq artisti ilə tərəf müqabili qismində çıxış ediblər. Klipin rejissoru Murat Küçük, görüntü rejissoru Vəli Kuzludur. Klipin çəkilişləri paytaxt Bakıda “Baku Crystal Hall”ın qarşısında, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Hökumət Evi, Muzey Mərkəzi qarşısında aparılıb. Klipdə eləcə də “Dalğa” Stadionundan da görüntülərdən istifadə olunub. A.Kazımova deyib ki, 2010-cu ildən başlayaraq bu günə hazırlaşdığını deyib: “İki ilə yaxındır ki, mən bu sirri saxlamışam və bu müqavilənin əsas hissələrindən biri idi. Qızlarımız ilk dəfədir dünya çempionatında çıxış edəcəklər. Keçmiş idmançı, bu ölkənin vətəndaşı və xalq artisti kimi bu iş mənim üçün çox həyəcanlıdır”. A.Kazımova dünya çempionatının açılışında çıxış edəcək dünyaca məşhur müğənni Cennifer Lopezlə eyni səhnəni bölüşməyəcəyini bildirib: “Mən açılış mərasimində çıxış etməyəcəm, bütün proqram FİFA tərəfindən seçilib. Bu klip çox bahalı klipdir və uzun müddət maraq doğuracağına inanıram. Bakıda konsert verəcək üç dünyaca məşhur müğənni ilə eyni səhnədə çıxış etmək əlçatmaz arzumdur”. Qeyd edək ki, xalq artisti uzun müddət həndbolla məşğul olub. O, gənclərdən ibarət komandanın kapitanı olub. Yarışlara sentyabrın 22-də start veriləcək. Geri qayıt |