Əsas Səhifə > Sosial, Manşet > GÖZÜNÜZ AYDIN, MİSİR MƏRDANOV YOLA SALINIR

GÖZÜNÜZ AYDIN, MİSİR MƏRDANOV YOLA SALINIR


4-09-2012, 13:22
GÖZÜNÜZ AYDIN, MİSİR MƏRDANOV YOLA SALINIR

NƏHAYƏT, AĞLAR GÜNƏ QALMIŞ AZƏRBAYCAN TƏHSİLİNƏ GÜNƏŞ DOĞACAQ

DİA.AZ: - Azərbaycanda təhsilin hansı səviyyədə bərbad olması hər il tələbə qəbulu prosesində yaşanılan böhranlı durumla ehtiva olunmaqdadır. Tələbə QƏbulu üzrə Dövlət Komissiyası az qala «axşam bazarıdır» deyib normalda ali məktəblərin kandarına belə buraxılması mümkünsüz olan abituryentlərə tələbə adını qazandırmaqdan başqa bir çıxış yolu görmür ki, bu da artıq ənənə halını alıb. Əks halda, yəni normal tələblərə uyğun şəkildə qəbul prosesi həyata keçirilərsə, bir neçə ilə Azərbaycanda bir-iki ali məktəbin fəaliyyəti mümkün ola bilər, digərləri isə məhz qəbul prosesinin olmaması səbəbindən bağlanmaq zorunda qalar.

Bütün bunların baiskarı isə məsələn, bir neçə il əvvəl İngiltərədə 45 min orta məktəb şagirdi arasında biologiya üzrə olimpiadada birincilik qazanmış bir məktəblimizi cəmi-cümlətanı 200 manat pula mükafatlandıraraq, özünün absurd ideyaları ilə təhsil sisteminin evini yıxaraq, təhsildə bir rüşvət piramdiyası yaradaraq Azərbaycan elminin, təhsilinin anasını ağlar günə qoyan təhsil naziri Misir Mərdanovdur.

Amma deyəsən, onsuz da mövqeləri salxaq olan və hətta keçən il «mən də istefaya gedə bilərəm» şəklində incik açıqlamaları ilə diqqətə gələn Misir Mərdanovun fironluq dövrü başa çatmaq üzərədir.

Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, Misir Mərdanovun itefaya göndərilməsi üçün qərar hazırdır və əmr yaxın günlərdə elan olunacaq: «Misir Mərdanovun istefaya göndərilməsi ilə yanaşı, yeni təhsil nazirinə öz komandasını formalaşdırması fürsəti də veriləcək ki, eyni gündə artıq bir ildir ki, boş qalan nazir müavini postlarına da məhz yeni nazirin tələblərinə uyğun şəkildə təyinatlar olacaq».

Mənbəmiz onu da bildirdi ki, hələlik yeni nazirin kimliyi nədənsə sirr kimi saxlanılır: «Amma Misir Mərdanovun gedişi qərarı qətidir».

Geri qayıt