Əsas Səhifə > Şou-biznes > “YOL POLİSİ HƏLƏ MƏNİ TANIYIR, HÖRMƏT EDİR”
“YOL POLİSİ HƏLƏ MƏNİ TANIYIR, HÖRMƏT EDİR”4-09-2012, 13:30 |
MƏHŞUR “KVN-ŞİK”İN 40 YAŞI TAMAM OLDU Bu gün "Parni iz Baku" əfsanəvi komandasından tanınmış KVN-çi Bəhram Bağırzadənin 40 yaşı tamam olur. Нubilyarla qısa müsahibəni təqdim edir�?л. - Salam, Bəhram. Yubileyin münasibətilə təbrik edirik! Deyəsən, küçədəsən. Sükan arxasındasan? Danışmaq imkanın var? - Təbrikə görə təşəkkür edirəm. Əlbəttə, suallarını ver. - Bəs yol polisi səni sükan arxasında mobil telefonla danışdığın üşün 50 manat cərimələsə necə? - Cərimələməz. Yol polisi hələ məni tanıyır, hörmət edir və saxlamır. - Yaxşı. Yubilyar 40 yaşında özünü necə hiss edir? - "Üç muşketyor"dakı məşhur ibarə ilə desək, "Atos üçün lap çox, Qraf de La Fer üçün lap az". Mən 1972-ci ildə anadan olmuşam. Uşaqlıqda dəhşətlə düşünürdüm ki, 2000-ci ildə mənim üçün nə olacaq. Amma yaxşı oldu, XX əsrin çempionu, MDB-nin ikiqat çempionu və çempionlar kubokuna sahib oldum. Sonra düşündüm ki, İsa peyğəmbərin yaşına, yəni 33 yaşa çatanda nə olacaq. Bu da keçdi və yeni oriyentir və maraqlar yarandı. İndi isə 40 yaşım tamam oldu - məhz bu yaşda Məhəmməd peyğəmbərə peyğəmbərlik verilib. Necə dəyərlər, "40 yaş cavanlığın qocalması, 50 yaş isə qocalığın gəncliyidir". İndi bu sərhəddəyəm və qeyri-adi güc hiss edirəm. - Yubileyini necə qeyd etməyə hazırlaşırsan? - Atamın və Anar Məmmədxanovun ölümündən sonra ad günlərimi qeyd etmirəm. Ancaq məmnuniyyətlə qızım Fəridə və oğlum Cavidin ad günlərini keçirirəm. - Karikaturaçı kimi, 40 yaşlı Bəhram Bağırzadəni necə təsvir edərdin? - Bir çox karikaturaçılar artıq məni təsvir ediblər. Buna görə də mənim üçün dərhal yeni nə isə düşünmək və cavab vermək çox çətindir. Əlində Azərbaycan bayrağı, arxasınca böyük heyət aparan parovoz maşinisti çəkərdim. - Bəs, bu parovozda kim və nə var? - Demərəm. Yalnız ibarə ilə: "Bizim parovoz, irəli uç!" Geri qayıt |