Əsas Səhifə > Siyasət, Manşet > AYDIN ƏLİYEVİN ADAMLARI YOLKƏSƏNLİK EDİR

AYDIN ƏLİYEVİN ADAMLARI YOLKƏSƏNLİK EDİR


4-09-2012, 14:00
AYDIN ƏLİYEVİN ADAMLARI YOLKƏSƏNLİK EDİR

BİLƏSUVAR GÖMRÜYÜNDƏ FÖVQƏLADƏ VƏZİYYƏT YARANIB: PUL YIĞILIR

DİA.AZ: - Biləsuvar gömrük məntəqəsində özbaşınalıq hökm sürməkdədir. Bu barədə DİA.AZ-a müraciət edən bir qrupp Biləsuvar sakini bildirir ki, bu gün səhər saatlarından etibarən Biləsuvar gömrük idarəsinin rəisi Elçin Quliyevin göstərişi ilə İrana keçmək istəyən Azərbaycan vətəndaşlarına süni əngəl yaradılır. Maraqlıdır ki, Azərbaycandan İrana keçən digər ölkə vətəndaşları rahatcasına sərhədi adlaya bilir.

Vətəndaşlar bildirir ki, onlardan gömrük işçiləri qanunsuz olaraq adambaşına 10 manatdan pul yığırlar: «Bu dəqiqə minlərlə vətəndaş İrana keçmək istəyir. Hər adamdan qanunsuz olaraq tələb etdikləri 10 manatdan hesablasan, azı 20 min manat pul edəcək. Tələb etdiklərin qanunsuz pulun müqabilində çek də vermirlər və bu da vətəndaşların haqlı narazılığına, növbənin isə durmadan uzanmasına səbəb olur».

Onu da bildirək ki, bununla bağlı redaksiyamızın əməkdaşları gömrük işçilərinin də mövqelərini öyrəniblər. Onlar bildiriblər ki, insanların sayının çox olması problem yaradıb və gömrükdən eyni zamanda vətəndaşlardan qanunsuz olaraq pul istəmədiklərini də bildiriblər.

Geri qayıt