Əsas Səhifə > Sosial, Manşet > OĞLU TUTULAN, EVİ VİRAN EDİLƏN ANANIN HARAYI
OĞLU TUTULAN, EVİ VİRAN EDİLƏN ANANIN HARAYI4-09-2012, 15:07 |
ŞİRİNBACI RZAYEVA SIRAVİ YAP-ÇILARI YAP-I TƏRK ETMƏYƏ ÇAĞIRDI DİA.AZ: - Məhbus İlqar Rzayevin Hüquqlarını Müdafiə Komitəsi çərşənbə axşamı RATİ-də mətbuat konfransı keçirib. Komitə sədri Cəmil Hacıyev İlqar Rzayevin həbsini, ona qarşı narkotik ittihamını əsassız, qərəzli və hakimiyyətin sifarişi adlandırıb. Həbsin əsas səbəbi kimi Bakıdakı Mirzağa Əliyev küçəsində evlərinin bu ilin martında dağıdılmasına qarşı çıxmasını, vətəndaş mövqeyi nümayiş etdirməsi göstərilib. İ.Rzayevin anası Şirinbacı Rzayevanın İctimai Palatanın 22 aprel mitinqində hakimiyyətin ünvanına kəskin çıxışı da İ.Rzayevin həbsinə olan səbəblər sırasında göstərilib. İ.Rzayev evlərinin sökülməsilə bağlı İ.Rzayevin “Vaşinqton Post” qəzetinə kəskin açıqlaması da həbs məsələsində əsaslardan biri olub. “Bütün bu faktlar göstərir ki, İ.Rzayev hər-hansı cinayətə görə yox, fəal vətəndaş mövqeyi nümayiş etdirdiyinə görə həbsə alınıb”, - deyə C.Hacıyev qeyd edib. Hüquqşünas Salman Əliyev Rzayevlər ailəsinin müxalifət partiyalarının üzvləri olduğunu deyərək, bu amili də İ.Rzayevin həbsinə səbəb kimi şərtləndirib. İ.Rzayevin narkotik ittihamı ilə həbsə alınması “uydurma və saxta cinayət” işi kimi dəyərləndirib, hakimin sübut olmasına baxmayaraq, İ.Rzayev barəsində iki il həbs qərarı çıxarması ölkə məhkəmələrinin müstəqil olmamasının göstəricisi sayılıb. Hüquq müdafiəçisi Rəsul Cəfərov İ.Rzayevin “Eurovision” müsabiqəsi ərəfəsində həbsə alınmasını əsas gətirərək, onu “Eurovision məhbusu” adlandırıb. İ.Rzyevin həbsilə bağlı sənədlərin yaxın günlərdə tərəfdaşı olduqları beynəlxalq qurumlara göndəriləcəyini bildirib. İ.Rzayevin anası Ş.Rzayeva mülkiyyət hüquqlarını qoruduğuna görə oğlunun həbsə alındığını, özünün işdən azad edildiyini, evləri dağıdılsa da, kompensasiyanın verilmədiyini deyib. Ş.Rzayeva ailə üzvlərindən heç kimin işləmədiyini deyərək, hakimiyyəti bu ailəni məhvə düçar etməkdə ittiham edib. “Mən YAP sıralarındakı insanlara müraciət edirəm, bu partiya xalqa heç nə verməyib və vermir, odur ki, bu partiyanın sıralarını tərk edin”, - deyə siyasi bəyanat səsləndirib. Müdafiə komitəsi İ.Rzayevin müdafiəsini gücləndirmək üçün ölkədəki diplomatik korpus nümayəndələrilə görüşlər keçirməyi, onun vicdan məhbusu statusu ala bilməsi üçün beynəlxalq qurumlarla işi gücləndirməyi nəzərdə tutur. İ.Rzayevin mülkiyyəti dağısa da, kompensasiya verilmədiyi üçün komitə Avropa Məhkəməsinə şikayət etməyi nəzərdə tutur. İ.Rzayev 2012-ci ilin martında evlərinin sökülməsinə qarşı çıxıb, ictimai həyatda fəallıq göstərib, anası Ş.Rzayeva İP-nin 22 aprel mitinqində iqtidarın əleyhinə çıxıb, buna cavab olaraq İ.Rzayev mayın 11-də saxlanılıb, məhkəmə İ.Rzayevə 2 il həbs cəzası çıxarıb. Geri qayıt |