Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VİLAYƏT QULİYEVİN HƏYATI TƏHLÜKƏ ALTINDADIR
VİLAYƏT QULİYEVİN HƏYATI TƏHLÜKƏ ALTINDADIR5-09-2012, 11:33 |
ASALA DİGƏR DİPLOMATLARIMIZI DA HƏDƏFƏ ALIB Sentyabrın 3-də Azərbaycan Macarıstandakı səfirliyinə elektron poçt vasitəsilə daxil olan məlumatda Azərbaycan diplomatları öldürülməklə hədələnir. Məktub ASALA erməni terrorçu təşkilatının (Armenian secret army of liberation of Armenia) adından göndərilib və türk dilində yazılıb. Məktubda deyilir ki, azərbaycanlılar və türklər ermənilərin axıdılan qanının əvəzini ağır ödəyəcəklər və onlatı tezliklə qisas gözləyir. "Cinayətkar Ramil Səfərovu azad etməklə qələbə qazandığınızı düşünürsünüzsə, böyük səhvə yol verirsiniz", deyə müraciətdə bildirilir. Azərbaycanlıları və türkləri Xocalıda başlarına gələnlər kimi cəza gözləyir. Hər şeydən əvvəl diplomatik işçilər cəza çəkəcək, deyə məktubda yazılır. Məktub Azərbaycanın Macarıstandakı səfirliyinin 7 nəfər əməkdaşının adından ibarət siyahı ilə başa çatır. Rəsmi Bakı hələlik bu məlumatla bağlı şərh vermir, lakin məlumdur ki, əlavə təhlükəsizlik tədbirləri görülüb və Budapeştdəki səfirliyin binasının və əməkdaşlarının mühafizəsi gücləndirilib. Məlumatlı mənbələrdən Turan-a hakimiyyətin məktubun mənbəyini aşkar etmək məqsədilə İnterpola müraciət etdiyi məlum olub. Qeyd edək ki, ASALA bütün dünyada onlarla türk vətəndaşının (əsasən diplomatlarının) qətlinə görə məsuliyyət daşıyır. Bu terror aktları 70-80-ci illərdə "erməni soyqırımının" qisası olaraq erməni döyüşçüləri tərəfindən törədilib. Geri qayıt |