Əsas Səhifə > Şou-biznes > BUNUN ADINA NƏ DEMƏK OLAR?
BUNUN ADINA NƏ DEMƏK OLAR?30-10-2011, 19:36 |
RÖYA ÇOX PUL XƏRCLƏMƏSİNDƏN DANIŞIR "Anar dedi ki, "Bir az da belə getsə, mən səninlə yaşamayacam"". ANS-in "İncə maraqlar" verilişində müğənni Röya Ayxan geyimə xərclədiyi pullardan danışıb: "Mən paltar almağı çox sevirəm. Təxminən iki ay əvvəl Anar dedi ki, "Bir az da belə getsə, mən səninlə yaşamayacam. Başa düşürəm ki, müğənnisən, amma bir fikirləş. Bir ay ərzində sən nəyə pul sərf edirsən, mən nəyə?" Mən də doğrudan da oturub fikirləşdim ki, tək bir mağazada 68 min qoymuşam, o birilərində nə qədər xərcləmişəm, yadımda deyil". "Anar mənə dedi ki, o pula Şüvəlanda bir dənə də bağ evi ala bilərdin", - müğənni gülərək deyib. Röya onu da bildirib ki, geyimlərini qohumlarına verir: "Düzdür, paltarları verirəm, amma könülsüz. Çünki onlara gedəndə görürəm ki, həmin paltarları evdə geyinirlər". Geri qayıt |