Əsas Səhifə > Güney Press, Araşdırma > İRAN ŞAİRLƏRİ HANSI SƏBƏBDƏN BURAXDIĞINI İZAH ETDİ
İRAN ŞAİRLƏRİ HANSI SƏBƏBDƏN BURAXDIĞINI İZAH ETDİ5-09-2012, 12:42 |
SƏN DEMƏ, DOSTUQ.... “Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə iki ölkə arasında dostyana əlaqələrə görə azadlığa buraxılıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib. Onun sözlərinə görə, artıq hər iki şəxs Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib. R. Mehmanpərəst deyib ki, F. Hüseyn və Ş. Hacızadə bir neçə ay əvvəl İrana gələrək qanunsuz əlaqələr qurduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Xatırladaq ki, İrana şeir festivalına getmiş F. Hüseyn və Ş. Hacızadə mayın 2-də Təbrizdə həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanılması faktını inkar edib. Sonra onların həbsxanada olduğu məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə aydınlıq gətirilməsi üçün İrana bir neçə rəsmi nota verib. Geri qayıt |