Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV BAKIYA GƏLMƏK İSTƏYİR...
RƏSUL QULİYEV BAKIYA GƏLMƏK İSTƏYİR...5-09-2012, 13:29 |
VƏ SEÇKİLƏRDƏ İŞTİRAK EDƏCƏYİNİ DƏ DEYİR Azərbaycanda 2013-cü il prezident seçkilərinə doğru getdikcə, siyasi müstəvidə canlanma hiss olunur. Artıq YAP və Müsavat partiyalarının seçkilərdəki namizədi bəllidir. AXCP sədri Əli Kərimlinin də prezident seçkilərində namizəd olaraq iştirak edəcəyi istisna deyil. Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev də seçkilərdə namizəd olmaq iddiasını ortaya qoyub. Lakin sabiq spikerin seçkilərə qatılacağı sual altındadır. Bir müddət öncə Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirmişdi ki, Rəsul Quliyevin seçkilərdə iştirak etməsi hüquqi baxımdan mümkün deyil. Deputat həmçinin qeyd etmişdi ki, haqqında qaldırılan cinayət işinə görə, eks-spiker Azərbaycana gələrsə, həbs oluncaq. Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Rəsul Quliyevdən münasibət öyrənib. Prezidenti seçkilərinə iddalı olduğunu bildirən eks-spiker hələlik bu haqda geniş danışmaq istəmədiyini bildirib: “Mən dəfələrlə mətbuata açıqlamamda bu haqda bildirmişəm. Təbii ki, prezident seçkilərində namizəd olaraq, iştirak etmək niyyətindəyəm. Bu istiqamətdə biz Açıq Cəmiyyət Partiyası olaraq, ciddi işlər görürük. Məni Azərbaycanda həbs təhlükəsinin gözlədiyinə dair sualınıza mən əvəllər öz münasibətimi bildirmişəm. Başqa heç nə demək istəmirəm” Azərbaycan Respublikasının Baş Prokurorluğunda Rəsul Quliyev barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.3.1, 179.3.2-ci (mənimsəmə və israfetmə yolu ilə külli miqdarda əmlakı talama), 313-cü (vəzifə saxtakarlığı) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunan eks-spiker istintaqdan qaçıb gizləndiyinə görə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib. Baş Prokurorluğunun məlumatına görə, Rəsul Quliyev İnterpol tərəfindən qırmızı istiqamətləndirici üzrə axtarılır. Baş Prokuror Zakir Qaralov mərbuata açıqlamalarında bəyan edib ki, Azərbaycanla ABŞ arasında hüquqi yardım haqqında qarşılıqlı anlaşma olmadığına görə, Azərbaycan Rəsul Quliyevi ABŞ-dan ala bilmir. Geri qayıt |