Əsas Səhifə > Sosial, Manşet > TİKİNTİ SEKTORUNDA «VAHİD BAYRAQ» SİNDROMU

TİKİNTİ SEKTORUNDA «VAHİD BAYRAQ» SİNDROMU


5-09-2012, 13:34
TİKİNTİ SEKTORUNDA «VAHİD BAYRAQ» SİNDROMU

AYRI-AYRI İNŞAAT FİRMALARINA NƏDƏN VƏ KİMLƏR TƏZYİQLƏR EDİR?

DİA.AZ: - Hələ bir neçə gün əvvəldən məlumat verərək bildirmişdik ki, Azərbaycanda tikinti sektoruna nəzarət rıçaqlarını tam olaraq ələ keçirməsi uğrunda oliqarx-məmurlar arasında amansız mübarizə başlayıb. Məlumatlara görə, çox ciddi pulların dövr etdiyi bu bazarın cəlbeidiciliyi hətta bəzilərini aqressiv hərəkətlərə belə sövq edir.

Bu gün isə bu barədə DİA.AZ-a şok məlumatlar daxil olub. Bildirilir ki, son günlər oliqarx-məmurlardan birinin adamları tikinti işi ilə məşğul olan inşaat firmalarını gəzərək onlara vahid bayraq altında fəaliyyət təklif edirlər.

Mənbənin bu barədə bildirdikləri: «Razılaşmayanların isə fəaliyyəti məhdudlaşdırılır. Bu, müxtəlif yollarla həyata keçirilir. Ya admimnistrativ rıçaqlar hesabına inşaat izni əlindən alınır, ya da tenderlərdə iştirakları məhdudlaşdırılır. Müxtəlif üsullarla da məlum ünvanlara təzyiqlər edilir».

Mənbə bildirir ki, artıq bir neçə şirkət «vahid bayraq» ideyasını qəbul edib: «Burada başlıca məqsəd dövriyyədə olan pulların bir əldə cəmləşməsinə xidmət edir. Yəni adı o olacaq ki, filan şirkət hansısa dövlət tenderini qazanaraq hansısa obyektin və yaxud da yaşayış massivinin inşası ilə məşğuldur. Yəni yalnız addan istifadə olunacaq. İşi isə həmin oliqarx-məmurun şirkəti həyata keçirəcək. Adından istifadə olunan şirkətin sahibinə isə hazırda qazandığının on dəfə altında olan bir aylıq maaş kəsiləcək».

Onu da qeyd edək ki, bu sektorda xüsusi fəallıq nümayiş etdirən məmurların isimləri redaksiyamıza məlumdur. Araşdırmalarımız davam edir. Yaxın vaxtlarda sizləri çox ilginc faktlarla tanış edəcəyik. Bizi izləyin…

Geri qayıt