Əsas Səhifə > Partiya > MÜSAVATÇINI ÖLDÜRMƏK İSTƏYİRLƏR
MÜSAVATÇINI ÖLDÜRMƏK İSTƏYİRLƏR6-09-2012, 12:54 |
“SƏN SON ZAMANLAR YAMAN QUDURMUSAN” Sentyabrın 5-də saat 12:30-radələrində gənc aktivist, Müsavat Gənclər Təşkilatının üzvü, bloqqer Azər Aydının ev telefonuna zəng edən naməlum şəxs yenə onu öldürməklə təhdid edib. Bu barədə FaktXeber.com-a Azər Aydının özü məlumat verib. O bildirib ki, sözügedən hadisə ilk deyil. Ev telefonuna zəng edən şəxs bildirib ki, “sən son zamanlar yaman qudurmusan, prezident və ailəsinə qarşı artıq-əksik yazılar yazırsan. Həddini bil, cavansan, elə etmə ki, səni cavan yaşında göndərək. Özünü düşünmürsənsə, ailəni düşün. Onların harada işlədiklərini, harada oxuduğunu, saat neçədə və hansı maşınla məktəbə getdiyini bilirik. Gör, onların başına nə oyun açarıq.” Baş vermiş hadisə ilə bağlı Azər Aydın dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib. Bundan sonra Azər Aydın hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə dəvət edilib və izahat alınıb. Ancaq hadisənin üzərindən 24 saatdan da çox keçməsinə baxmayaraq, hələ də zəng edən şəxs haqqında dəqiq bir məlumat aşkara çıxarılmayıb. Azər Aydın onu da əlavə edib ki, hadisədən dərhal sonra ürək xəstəsi olan atasının səhhəti kəskin pisləşib. Geri qayıt |