Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZİYA MƏMMƏDOV GÜNAHINI YUMAĞA ÇALIŞIR

ZİYA MƏMMƏDOV GÜNAHINI YUMAĞA ÇALIŞIR


6-09-2012, 13:19
ZİYA MƏMMƏDOV GÜNAHINI YUMAĞA ÇALIŞIR

QƏZADA ZƏRƏR GÖRƏNLƏRƏ PUL PAYLANIB

Avqustun 31-də Lökbatan yaxınlığında qatarla toqquşan 124 saylı marşrut avtobusunun sərnişinlərinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə birdəfəlik kompensasiya veriləcək.

İcbari Sığorta bürosunda Turan-a bildiriblər ki, “Bakısərnişinnəqliyyat” MMC ilə yeni AVSMMİS üzrə müqaviləsi olan şirkət sərnişinlərə kompensasiya ödəməlidir. Amma şirkətin adı çəkilməyib.

İcbari Sığorta Bürosu İcbari sığorta növləri haqqında» qanun çərçivəsində yaradılıb. AVSMMİS-lə bağlı qanunda bir qəza üzrə sağlamlığa və həyata görə maksimal ödənişin orta Avropa göstəricisi 50 min manatdır (4 sərnişin və 1 sürücü), bir fiziki şəxsin ziyanı 5 min manat, avtomobilə görə 5 min manat ödənilir.

Qanuna görə, AVSMMİS üzrə ödənişdən imtina etmək olmaz. Hətta sərxoş, hadisə yerindən qaçan və qəsdən qəza törədən sürücünün hərəkəti nəticəsində ziyan çəkən piyada və ya sərnişin, sürücülük vəsiqəsi olmayan (əgər avtomobilin sahibidirsə) sürücülər kompensasiya ala bilər. Eyni zamanda, sərnişinlərə hökumət xətti ilə də kompensasiya verilib. Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov Turan-a bildirib ki, vəsaiti nazirliyin təsərrüfat hesablı müəssisəsi ödəyib.

Altı nəfər həlak olan şəxsin ailəsinə 5 min manat, qalan 47 sərnişinin hərəsinə 500 manat verilib.

“Bakısərnişinnəqliyyat” MMC nəqliyyat naziri Ziya Məmmədovun qohumlarına məxsusdur. İyulda nazirin qardaşı oğlu Rövşən Məmmədov bu vəzifəyə təyin edilib. Buna qədər bu vəzifəni onun digər qohumu - Davud Əfəndizadə tuturdu.

Baş Prokurorluğun məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanılıb və iki nəfər – Heybət dəmir yolu keçidinin yolayıranı Eyyub İsmayılov və avtobusun sürücüsü Fərid Ağayev həbs edilib.

Geri qayıt