Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCANDA ƏRZAQ ŞOKU!
AZƏRBAYCANDA ƏRZAQ ŞOKU!6-09-2012, 13:38 |
“ÖLMÜŞ HEYVANLARIN ƏTİ ƏHALİYƏ SATILIR” Xaricdən Azərbaycana gətirilən ərzaq məhsullarından aşkarlanan yad cisimlər ortaya bir sıra problemlər çıxarır. Nəzarət orqanları əcnəbi ölkələrdən respublikaya gətirən mallara nəzarəti itirib. Bakı və regionlarda fəaliyyət göstərən satış mərkəzlərində üstündə əcnəbi markalar olan ərzaq məhsullarının üzərində ümumiyyətlə son istifadə müddətinin göstərilməməsi və yaxud, qeyd olunan müddətin başa çatdıqdan sonra vitrinlərdən yığışdırılmaması nəzarət orqanlarının işinə səthi yanaşmasını ortaya qoyur. Bunun nəticəsində Azərbaycanda son vaxtlarda zəhərlənmə halları çoxalıb. İl ərzində respublikanın dövlət və qeyri-dövlət xəstəxanalarına zəhərlənmə halları ilə bağlı müraciət edənlərin sayı 1000 nəfəri ötüb. Zəhərlənmə əsasən əcnəbi markalar olan süd, süd məhsulları, ət məhsulları (sosiska, kolbasa və s.), un məmulatlarından baş verir. Yerli sahibkarlar əsasən Türkiyə və Rusiyanın brend məhsulları əvəzinə daha ucuz başa gələn, az vergi tutlan zay məhsulları Azərbaycan ərazisinə keçirirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə son zamanlarda Azərbaycana gətirilən üzərində xarici markalar olan məhsulların keyfiyyətsizliyi Azərbaycanı Ümumdünya Səhiyyə Təşkilatının uzun ömürlü ölkələr siyahısından şıxarıb. E.Hüseynov bildirdi ki, baxmayaraq 2007-ci ildə “Yeyinti Məhsulları Haqqında Azərbaycan Respublikasının Qanun”u qəbul olunub, yenə də yerli sahibkarlar xarici markalı məhsulların keyfiyyət dərəcəsindən çox onun necə satılması ilə maraqlanırlar. Eyyub Hüseynovun açıqlamasına görə əcnəbi ölkələrdən ölkəyə gətirilən kartof, qarpız, pomidor, xiyar və s. tərəvəz və bostan məhsullarının tərkibinə heyvan genləri vurulur. AİB sədri qeyd etdi ki, tək xaricdən gətirilən məhsullar yox, həmçinin də respublikanın digər regionlarından Bakıya daxil olan ət məhsulları da tərkib etibarilə təhlükə mənbəyidir. Eyyub Hüseynov iddia edir ki, bölgələrdən Bakıya gətirilən ölmüş heyvan əti əhaliyə satılır. Təəssüflər olsun ki, respublika Baytarlıq Laboratoriyasında nə xaricdən, nə də ki, bölgələrdən gətirilən ət məhsulları tibbi ekspertizadan keçirilmir. Azərbaycanlı sahibkarlar Azərbaycana gətirdikləri məhsulların yoxlanılması üçün heç bir mütəxəssisə müraciət etmirlər. Yerli sahibkarları məhsula nəzarətdən çox biznes maraqlandırır. AİB sədri bildirdi ki, bununla belə nəzarət orqanlarının özləri də xarici malların yoxlanılmasına maraq göstərmirlər. Eyyub Hüseynovun sözlərinə görə axır vaxtlarda xəstəxanalara zəhərlənmələrlə bağlı insanların sayı bilərəkdən gizlədilir. Bunun da əsas səbəbi məsələ ortaya çıxacağı halda satış bazarının aşağı düşmə ehtimalının artmasıdır. \ “OLAYLAR” İA \ Geri qayıt |