Əsas Səhifə > Partiya, Manşet > RƏSUL QULİYEV HAKİMİYYƏTİ İÇDƏN QARIŞDIRIR

RƏSUL QULİYEV HAKİMİYYƏTİ İÇDƏN QARIŞDIRIR


6-09-2012, 15:48
RƏSUL QULİYEV HAKİMİYYƏTİ İÇDƏN QARIŞDIRIR

KEÇMİŞ SPİKER ÖZ ADAMLARINA MESAJ VERDİ

DİA.AZ: - Hazırda ABŞ-da yaşayan keçmiş spiker Rəsul Quliyevin hakimiyyət içində böyük dayaqlarının olması hər zaman fakt olub. Doğrudur, hakim partiyanın ayrı-ayrı nümayəndələri hər dəfəsində bu faktı təkzib ediblər və israrla bildiriblər ki, deyilənlər doğru deyil. Amma hər dəfəsində ortaya elə özləri tərəfindən sübutlar qoyulub.

Məsələn, Rəsul Quliyev hələ YAP iqtidarına yenicə asi olduğu dönəmlərdə keçmiş spikerin heç bir yandaşının olmadığı bildirildi. Sonradan isə neçə-neçə deputatın Rəsul Quliyevin ardınca Demokrat Partiyasının sıralarına qoşulmasına hər kəs şahidlik etdi. Bundan əlavə, sonrakı müddət boyunca da hakimiyyətdəkilər öz aralarında Rəsul Quliyevin hansısa yaxının olmadığını israr etdilər. Lakin sonradan Əli İnsanov, Fərhad Əliyev kimi qocaman fiqurları məhz Rəsul Quliyevlə əlbir olaraq «dövlət çevrilişinə cəhd» etməkdə suçlandırdılar.

Yəni əslində rəsmi Bakının bu məsələyə həssas yanaşması məhz hələ də iqtidar düşərgəsində Rəsul Quliyevin adamlarının olması ilə birbaşa əlaqədardır. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində Rəsul Quliyev çox nadir hallarda Azərbaycandakı dayaqlarının maliyyələşməsi üçün pul yollayıb: «Hər dəfə bu məsələ Rəsul Quliyevin iqtidar daxilindəki adamlarının əli ilə həyata keçirilib».

Mənbəmiz bildirir ki, keçən həftə Rəsul Quliyev sözügedən cameəsinə yeni ismarıc da yollayıb. Mənbəmizin söylədikləri: «ACP lideri iqtidardakı yandaşlarından partiyasının və Bakıda olan mətbuatının maliyyələşdirilməsi, onların imkanlarının genişləndirilməsi üçün tapşırıq verib. Artıq bu yöndə ilkin addımlar da atılmaqdadır».

Mənbəmiz onu da əlavə etdi ki, Rəsul Quliyev qarşıdan gələn prezident seçkiləri ərəfəsində çox ciddi mətbu kampaniyanı sürdürmək niyyətindədir.

Geri qayıt