Əsas Səhifə > Dünya > TÜRK SERİALI YUNANISTANI QARIŞDIRDI

TÜRK SERİALI YUNANISTANI QARIŞDIRDI


7-09-2012, 12:39
TÜRK SERİALI YUNANISTANI QARIŞDIRDI

RUSİYANIN ARDINDAN 2-Cİ QADAĞA GƏLƏ BİLƏR

DİA.AZ: - Türkiyənin «Star» kanalında yayımını davam etdirən «Möhtəşəm Yüz İl» serialı bu dəfə Yunanıstanı qarışdırıb. Xatırladaq ki, Vladimir Putinin göstrişi ilə bu serialın yayımı Rusiyada qadağan edilib.

İndii isə Yunanıstanda belə bir qərar verilə bilər. DİA.AZ-ın əcnəbi mətbuata istinadən verdiyi xəbərdən aydın olur ki, Yunanıstanın «Antenna» adlı telekanalında yayımlanan seriala «Pressinq» adlı jurnaldan sərt reaksiya gəlib. Jurnal seriala bağlı «Rəzalət» başlıqlı məqaləsini üzqabığı edib.

«Xalqların qatili Süleyman telekanallarımızda» və «Yunan xalqını türkləşdirirlər» kimi şərhlərin yer aldığı məqalədə müəlliflər iddia edirlər ki, türk serialları ilə yunan mədəniyyətini darmadağın etmə planı mövcuddur.

Bundan əlavə, «Pressinq» jurnalı «Möhtəşəm Yüz İl» serialını neoOsmanlı təbliğatı adlandırıb.

Geri qayıt