Əsas Səhifə > Partiya > PƏNAH HÜSEYN AXCP SƏDRİ BARƏDƏ DANIŞMAQ İSTƏMƏDİ

PƏNAH HÜSEYN AXCP SƏDRİ BARƏDƏ DANIŞMAQ İSTƏMƏDİ


7-09-2012, 13:42
PƏNAH HÜSEYN AXCP SƏDRİ BARƏDƏ DANIŞMAQ İSTƏMƏDİ

MEMORANDUM İMZALANIB

“İctimai Palata “vahid namizəd” məsələsi ilə bağlı yaranan bütün anlaşılmazlığa son qoymaq üçün memorandum imzalayıb”. Bu sözləri Modern.az-a müsahibəsində eks baş nazir, İP-inn Koordinasiya Şurasının üzvü Pənah Hüseyn qurumun dünən qəbul etdiyi sənədi şərh edərkən bildirib.

Qeyd edək ki, bir sıra məlumatlara görə, İctimai Palata daxilində qapalı müzakirələr aparılıb və AXCP ilə Müsavat arasında “vahid namizəd” məsələsi ilə bağlı ilkin razılıq əldə olunub. Bu razılığa əsasən AXCP sədri Əli Kərimli İsa Qəmbərin xeyrinə seçki marafonuna qatılmayacaq..
P.Hüseyn İctimai Palatanın və eləcə də AXCP sədri Əli Kərimlinin Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəklədiyi haqda deyilən fikirlərə münasibət bildirmək istəmədiyini deyib.

“Təbii ki, İctimai Palata seçkilərlə bağlı öz qərarını qəbul etdiyi memorandumda bildirib. Mənim fikirlərim də həmin memorandumla üst-üstə düşür. Artıq məncə deyiləsi sözə ehtiyac yoxdur. İctimai Palata seçkilərlə bağlı yayılan söz-söhbətlərə son qoymaq üçün öz qərarını bildirdi”-deyə o vurğulayıb.

Xatırladaq ki, İP dünən keçirilən iclasında qurumun 2013-cü il prezident seçkilərində iştirak formaları və perspektivini müzakirə edib və memorandum imzalayıb.
Pənah Hüseyn deyib ki, İctimai Palata, o cümlədən orada təmsil olunan şəxslər, Müsavat Partiyası, AXCP, bu təşkilatların rəhbərliyinə daxil olan şəxslər prezident seçkilərində İctimai Palata formasında iştirak barədə prinsipial razılığa gəliblər.

Geri qayıt