Əsas Səhifə > Sosial, Manşet > ERMƏN ƏSİLLİ MƏKTƏB DİREKTORU TƏDARÜK GÖRÜR

ERMƏN ƏSİLLİ MƏKTƏB DİREKTORU TƏDARÜK GÖRÜR


7-09-2012, 15:38
ERMƏN ƏSİLLİ MƏKTƏB DİREKTORU TƏDARÜK GÖRÜR

PREZİDENTİN BAŞ ÇƏKƏCƏYİ MƏKTƏBDƏ DAŞNAKSÜTYUNA YARDIM EDƏNLƏR VAR

DİA.AZ: - Artıq bir neçə gündür ki, Binəqədi rayonunda yerləşən 6-cı mikrorayon ərazisində abadlıq işləri aparılır, yollar asfaltlanır, antisanitariya vəziyyətində olan ərazi təmizlənir. Son günlər Binəqədi Rayon İcra Başçısı Xaləddin İsgəndərov da daima adı çəkilən ərazidə olur, abadlıq işlərinə xüsusi diqqət yetirir. Qeyd edək ki, bu abadlıq işlərinə əsas səbəb illərdir uçub-dağılmaqda olan 246 saylı məktəb-liseyin yenicə təmirdən çıxmasıdır. Məktəb artıq yeni dərs ilinə hazırdır və hamı yenicə təmirdən çıxmış 246 saylı məktəb-liseyin açılış mərasimini səbirsizliklə gözləyir. İcra başçısı və Binəqədi Rayon İcra Hakimiyyəti işçilərinin tez-tez burada görünmələri ölkə prezidenti İlham Əliyevin adı çəkilən məktəbin açılışına gələcəyini bir daha təsdiqləyir.
Qeyd edək ki, adı çəkilən məktəbdə neqativ hallarla bağlı dövrü mətbuatda silsilə yazılar dərc olunub. Həmin yazılarda tədrisin keyfiyyətinin aşağı olması ilə yanaşı, məktəbdə erməni əsilli müəllimlərin də at oynatdığı bildirilir. DİA.AZ-a şikayətə gələn müəllimlər də həmin məktəblə bağlı maraqlı məlumat bildirdilər.

Onlar qeyd etdilər ki, məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimlərdən ikisi erməni əsillidir. Yəni onlar ana tərəfdən erməniləşiblər. Sizcə erməni əsilli birisinin övladlarımıza Azərbaycan dilini tədris etməsi nə dərəcədə doğrudur? Bu gün Ağdamdan gələnlər arasında da erməni əsillilər var, Naxçıvandan, Ordubaddan gələnlər arasında da. Bundan başqa, iki xarici dil müəlliminin, ən əsası isə məktəb direktoru Elza Tağıyevanın da külli mənsubiyyətinin müəmmalı olması qeyd olunur. Araşdırmalar zamanı məlum oldu ki, Elza Tağıyevanın atası azərbaycanlıdır və əməkdar müəllimdir. Anasının milli mənsubiyyəti ilə bağlı hətta internet saytlarında da maraqlı məlumatlar var. Belə ki, həmkarlarımızın biri də Elza Tağıyevanın anasının sənədləri ilə bağlı maraqlı faktlar da var ki, o da bununla bağlı xüsusi araşdırma apararaq öz qəzetində silsilə yazılar dərc etdirib.

ERMƏN ƏSİLLİ MƏKTƏB DİREKTORU TƏDARÜK GÖRÜR

Araşdırmalarımızdan, ən əsası - şikayətə gələnlərin dediklərindən belə məlum olur ki, ölkə rəhbəri də bəzi erməni qanı daşıyanların tədris etdiyi məktəbin açılışına gələcək. Qeyd edək ki, vaxtilə həmin məktəbdə müdir müavini işləmiş, hal-hazırda orada dərs deyən müəllimlərdən birinin anası hətta «Daşnaksütyun» partiyasına yardımlar belə göndərərək Azərbaycana qarşı işləyib, elə qardaşı da. Belə bir məktəbə prezidentin gəlişi həm onun təhlükəsizliyi baxımından təhlükəlidir, həm də Azərbaycan üçün utancvericidir. Çox güman ki, məktəbdəki erməni əsilli müəllim personalının olmasından və məktəb direktorunun da külli mənşəyinin illərdir söz-söhbətə səbəb olmasından ölkə prezidentinin xəbəri yoxdur. Çünki erməni əsillilərin arxasında duran ən böyük ermənilər millətə xəyanət etdikləri kimi, prezidenti də aldadırlar.

P.S.: Azərbaycanda bu gün pul gücünə çox sənədləri dəyişmək olar. O qədər erməni adını, soyadını dəyişib ki. Əldə də çox sənəd saxlamaq olar ki, bu şəxs təmiz azərbaycanlıdır. Lakin hər bir sənədin mənbəyi, kötüyü var. Dalında dağ dayansa belə, bu kötüyü dəyişmək olmaz.

P.S.S. Onu da xatırladaq ki, Elza Tağıyevanın erməni kökənli olması ilə bağlı əvvəllər də məlumat vermişdik. Bu məsələ həmin ərəfədə o qədər böyük rezonans yaratdı ki, hətta erməni saytları məktəb direktorunun müdafiəsinə qalxaraq DİA.AZ-ı faşizmdə ittiham etmişdilər.

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt