Əsas Səhifə > Sosial, Manşet > QAZAXDA REKET JURNALİSTLƏR PEYDA OLUB
QAZAXDA REKET JURNALİSTLƏR PEYDA OLUB10-09-2012, 11:00 |
VƏKİL RÜSTƏMOV ADLI “JURNALİSTİN” “TƏZƏ XƏBƏR”İ ETİRAZA SƏBƏB OLDU DİA.AZ: - Qazax eli daim söz sahiblərinin vətəni olub. Azərbaycana onlarla-yüzlərlə şair-yazıçı bəxş edən bu torpaqlar bu gün də öz övladları ilə fəxr edir. Azərbaycan mətbuatında da Qazaxın övladlarının xüsusi rolu olub. Qara Qafqazlı, Qasım Murğuzov, Abdulla Abdullayev, Firdovsi Rəhimli, Ələddin İncəli və … Siyahını istədiyiniz qədər uzada bilərik. Arasında yaşayan da var, Haqqın dərgahında olan da. Əsas olan bu qazaxlı jurnalistlərin bu gün də rayon və respublikada hörmətlə anılmasıdır. “Yazarı xalq yaşadar” sözü əbəs yerə deyilməyib. Qazaxın əli üstündə saxladığı yazarları yedikləri çörəyə xəyanət etməyib, bu torpaqların təəssübünü çəkən ellilərini daim müdafiə ediblər. Təəssüf ki, son dövrlərdə Azərbaycan mətbuatına arxa qapıdan girən bəzi təsadüfi şəxslər bütün dəyərlər kimi sözü də gözdən salırlar. Erməni ilə burun-buruna dayanan rayonun bir qarış torpağının işğalına imkan verməyib, Qazaxı göz bəbəyi kimi qoruyan insanlar həmin təsadüfi şəxslərin atdıqları çamura məruz qalırlar. Heç bir qazaxlının edə bilməyəcəyi naxələfliyi edən bu kəs və kəslər özlərini qazaxlı adlandırmaqla, rayonun adına kölgə salırlar. Cəmi 8 sayı çıxan, 1800 işarəlik yazıda yüzdən çox cümlə, hərf və məntiq səhvi edən “Təzə Xəbər” qəzetinin baş redaktoru Vəkil Rüstəmov adlı şəxs də bu qəbildən insanlardandır. “Çörəyi Qazaxdan çıxan” bu şəxs illərdən bəri bu rayonun insanlarından faydalanır. Çox kiçik problemlərində belə qazaxlılara üz tutan V.Rüstəmovun iki telefon zənginə cavab verilməyəndə, neçə illərdən bəri təmənnasız, sırf yerlisi olduğuna görə, dəstəyini əsirgəməyən insanlar haqqında çirkin, heç bir əsasa olmayan iftiralar səsləndirməsi nə insani, nə də peşə prinsiplərinə uyğundur. DİA.AZ-a müraciət edən qazaxlıların sözlərinə görə, “Vəkil Rüstəmovun etdiyi hərəkəti nəinki heç bir qazaxlı, illərlə Qazaxın çörəyini yeyən şəxs etməz. Biz inanmırıq ki, o, əsl qazaxlı olsun. Əgər Vəkil Rüstəmov rayonu yaxından tanısaydı, haqqında iftira yazdığı insanlara bu rayonun insanının necə münasibət bəslədiyini, o insanların Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi uğrunda apardıqları mübarizədən xəbərdar olardı. İllərdən bəri yediyi qaba tüpürmək nə jurnalistliyə, nə də insanlığa sığır. İnanırıq ki, Vəkil Rüstəmov öz səhvini başa düşəcək və ağsaqqalını təhqir etdiyinə və dünyadan köçən insanların ruhunu incitdiyinə görə, iftira atdığı insanlardan və ümumilikdə Qazax camaatından üzr istəyəcək. Əks halda qazaxlılar bu şəxsin atdığı iftiralara görə, hüquq çərçivəsində cəzalandırılması üçün çalışacaqlar”. Geri qayıt |