Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİR RÖVNƏQ ABDULLAYEVİ MƏHKƏMƏYƏ VERİR

NAZİR RÖVNƏQ ABDULLAYEVİ MƏHKƏMƏYƏ VERİR


10-09-2012, 11:37
NAZİR RÖVNƏQ ABDULLAYEVİ MƏHKƏMƏYƏ VERİR

NATİQ ƏLİYEV ARDNŞ ŞEFİNƏ QARŞI

Sənaye və energetika naziri Natiq Əliyev xələfi Rövnəq Abdullayevin rəhbərlik etdiyi Dövlət Neft Şirkəti (ARDNŞ) ilə məhkəmə çəkişməsindən növbəti dəfə məğlub ayrılıb.

Bu barədə DİA.AZ «Reytinq» qəzetinə istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi nazirliyin ARDNŞ və onun tabeliyində olan «Azəriqaz»a qarşı verdiyi şikayətinə ötən həftə baxıb və birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlayıb: «Nazirlik və onun rəhbərliyi ARDNŞ-in tərkibində olan «Azəriqaz»ın istehlkçıların hüquqlarını pozan hərəkətlərinə qarşı hüquqi yolla mübarizə aparmaq qərarını versələr də, hakimlər Natiq Əliyevin rəhbərlik etdiyi Sənaye və Energetika Nazirliyinin, daha dəqiqi, bu nazirliyin Dövlət Qaz Nəzarəti İdarəsinin Azərbaycan Dövlət Neft Şirkəti və “Azəriqaz” İstehsalat Birliyinə qarşı «İstehlakçıların hüquqları, azadlıqları və qanunla qorunan mənafelərinin müdafiəsi»ndən bəhs edən iddialarını təmin etməyib. İşə ilk olaraq baxan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nazirliyi haqsız sayıb. Bu məhkəmə instansiyasının çıxardığı qərardaddan verilən apellyasiya şikayətinə isə ötən həftə, daha dəqiqi, sentyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elmira Nağıyeva 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadını qüvvədə saxlamaqla, Sənaye və Energetika Nazirliyini və onun rəhbəri Natiq Əliyevi xələfi Rövnəq Abdullayevin qarşısında yenə məğlub duruma salıb».

Son olaraq onu da qeyd edək ki, Sənaye və Energetika Nazirliyi Bakı Apellyasiya Məhkəməsinin ötən həftəki qərarından Ali Məhkəməyə şikayət verməyə hazırlaşır. Nazirlikdəki mənbədən əldə etdiyimiz xəbərə görə, yaxın günlərdə şikayət Ali Məhkəməyə təqdim olunacaq.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilməsək də, onları da dinləməyə hazırıq.

Geri qayıt