Əsas Səhifə > Dünya > QƏZZAFİDƏN SON QİSAS
QƏZZAFİDƏN SON QİSAS31-10-2011, 12:43 |
ONUN EVİNİ BELƏ YERLƏ-YEKSAN ETDİLƏR Liviyanın mərhum lideri Muüəmmar Qəzzafinin paytaxt Tripolidəki iqamətgahı Bab əl Əziziyyə dünən darmadağın edilib. Liviyanın yeni hakimiyyət dairələrinin Qəzzafi diktaturası və cinayətlərinin simvolu saydığı binalar kompleksi buldozerlərlə sökülüb. Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Misrata şəhərindən 24 km cənubdakı Taverqa şəhərciyində də Qəzzafiyə məxsus malikanə dağıdılıb. Qəzzafi rejiminə qarşı mübarizənin mərkəzi olmuş Misrata şəhərinin 300 min sakini aylarla mübarizə aparıblar. Liviya liderinə sadiq qoşunlarla mübariədə 1300 misratalı həlak olub. Bu səbəbdən də Qəzzafinin iqamətgahının darmadağın edilməsində misratalılar fəal iştirak ediblər. Geri qayıt |