Əsas Səhifə > Sosial, Manşet > TOTAL KADR İSLAHATLARINA START VERİLİR

TOTAL KADR İSLAHATLARINA START VERİLİR


10-09-2012, 12:49
TOTAL KADR İSLAHATLARINA START VERİLİR

ANTİKORRUPSİYA İLƏ BAĞLI YENİ SEZONUN ELANI BUNA TƏKAN OLUB

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nı təsdiqləyib. Qeyd edək ki, bu sərəncamla əlaqədar müxtəlif şərhlər verilməkdədir və artıq portalımıza bu barədə danışan bir sıra ekspertlər son addımın birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin maraq dairəsinə uyğun olduğunu da bildiriblər. Çünki fəaliyyət planının təsdiqi barədə sərəncamda net şəkildə bildirilir ki, növbəti üç illik antikorrupsiya sezonunda əsas ağırlıq yenə də Ramiz Mehdiyevin rəhbərlik etdiyi korrupsiyaya qarşı mübarizə üzrə dövlət komissiyasına aiddir.

Bununla əlaqədar DİA.AZ-a yeni məlumatlar da daxil olub. Etibarlı mənbələrdən aldığımız informasiyaya görə, yeni sərəncam digər yandan da hakimiyyətiçi münasibətlərin aydınlaşması və iqtidar düşərgəsində kadr islahatı prosesinin həyata keçirilməsi üçün zəmin rolunu oynamış olacaq. Mənbəmiz iddia edir ki, sentyabr ayının sonlarından etibarən buna şahidlik edəcəyik. Çünki sərəncamda da yeni antikorrupsiya sezonunun müddəti kimi 2012-2015-ci illərin aralığı göstərilib. Yəni artıq başa çatmaq üzərə olan 2012-ci ilin sonları olduqca gərgin keçəcək.

Mənbəmizin bildirdiyinə görə, konkret olaraq iki nazirlik əsas hədəf kimi seçiləcək: «Antikorrupsiyanın birinci dalğasında əsasən sosial xidmət sferasında silkələnmələr baş verdi. Bu dəfə isə təhsil və səhiyyə nazirliklərinə aid strukturlar hədəfə alınacaq. Artıq bu barədə «yuxarıların» da aydın olan mövqeyi var. Bu həm də Misir Mərdanovun arzuolunmaz günlərinin heç də uzaqda olmadığının göstəricisidir».

Mövzu diqqətimizdədir…

Geri qayıt