Əsas Səhifə > Partiya > CƏBHƏÇİLƏR TƏLƏSMİR

CƏBHƏÇİLƏR TƏLƏSMİR


10-09-2012, 13:45
CƏBHƏÇİLƏR TƏLƏSMİR

“VAHİD NAMİZƏD MƏSƏLƏSİ HƏLL OLUNACAQ”

Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərinə qatılacağı haqda verdiyi bəyanat bir müddət əvvəl AXCP düşərgəsində sərt reaksiyalarla qarşılansa da, İctimai Palatanın qapalı keçirilən toplantılarında tərəflərin ümumi razılığa gəldiyi bildirilir. Həmçinin daxil olan məlumatlarda qeyd olunur ki, AXCP sədri Əli Kərimli prezident seçkilərində İsa Qəmbəri dəstəkləyərək, öz namizədliyini onun xeyrinə geri götürəcək.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bununla bağlı Modern.az-a açıqlama verib. Partiya rəsmisi yayılan informasiyaların doğru olmadığını bildirib.

“Bunlar heç bir əsası olmayan fikirlərdir. Bu doğru deyil. İctimai Palatanın seçkilərlə bağlı mövqeyi yayınlanan memerandumda ifdə olundu. Orada hər bir partiyanın prezidentliyə namizəd irəli sürmək hüququna hörmətlə yanaşıldığı və zamanı çatanda vahid namizəd məsələsinin həll olunacağı bildirilir. Bu cür informasiyalar namizədlik məsləsini gündəmə gətrib yersiz mübahisələr açmaq məqsədi ilə yayılır və heç bir əsası yoxdur”, - deyə F.Qəhrəmanlı bildirib.

Geri qayıt