Əsas Səhifə > Siyasət > “KURTLAR VADİSİ” MAFİYASININ QURBANI DANIŞDI

“KURTLAR VADİSİ” MAFİYASININ QURBANI DANIŞDI


31-10-2011, 13:45
“KURTLAR VADİSİ” MAFİYASININ QURBANI DANIŞDI

POLİS MAFİYASININ QURBANI MEHRİBAN ƏLİYEVADAN YARDIM İSTƏDİ

DİA.AZ: - Ucarda “Kurtlar Vadisi” adlı yerli mafiyanın qurbanı jurnalist, hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhbus Hüeynov Fuad Oktay oğlu Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və redaksiyamıza şikayət məktubu ünvanlayıb. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli Mehriban xanım !
Çox istərdim ki, bu müraciətimi şəxsən özünüz oxuyasınız . Uzunçuluq olmasın deyə qısa yazacağam.

“Bizim Soy” qəzetinin Şirvan bölgəsi üzrə müxbiri işləyirdim. Yazılarım siyasi yox sosial yönümdə olub. Bölgə sakinlərinin şikayətlərini araşdırıb yazmışam. Hakimiyyətin siyasi kursunun əleyhinə heç vaxt yazılarım olmayıb ki, bunu təsdiq edəcək mətbuat səhifələrini əgər qəbul edəcəksinizsə, anam Sizə təqdim edəcək. Heç bir partiyanın üzvü və tərəfdarı deyiləm. Böyük qardaşım Hüseynov Bəxtiyar 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evimizdə baş vermiş oğurluq cinayətinə görə şikayət etməyim Ucar RPŞ-nin sabiq rəisi Ənvər Quliyevin qəzəbinə səbəb olduğundan mənim həmsimin sifarişini yaxın qohumu, həmyerlisi hazirki polis rəisi Tahir Quliyevə vermiş, sonuncunun qurduğu qondarma cinayətə görə həbs edildim. Qeyd edim ki, evimizdə oğurluq cinayəti 20017-ci ildə baş vermişdir ki, həmin vaxt Ucar RPŞ-nin rəisi Ənvər Quliyev idi. O, 2009-cu ilin mart ayında təqaüdə göndərilmiş , guya mənim çoxsaylı şikayətlərim onun hansısa rayonların birinə icra başçısı təyin olunmasına əngəl yaratmışdır. Elə bu səbəbdən də bu vəzifə xəstəsinin sifarişi ilə qondarma cinayətə görə Ucar Rayon Məhkəməsinin 26.09.2011-ci il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsilə (xuliqanlıq) təqsirli bilinib 6 il 6 ay müddətində qanunsuz olaraq azadlıqdan məhrumetmə cəzası ilə sifarişlə məhkum edildim.
Bu cinayətin qondarma olmasını təsdiq edən çoxlu sayda konkret maddi sübutlara məhkəmə əhəmiyyət vermədi. Məni qondarma cinayətlə, öz şəxsi maraqlarına görə həbs etmiş yaramazlar öz qanunsuz, çirkin əməllərini sığortalamaq üçün şaiyə yayıb, təbliğatlar aparırlar ki, guya mənim həbsimin sifarişini Prezident verib.
Biz buna qətiyyən inanmırıq, bu yalandır , düşünülmüş təbliğatdır.

Bir neçə hüquq müdafiəçisi mənim həbsimi siyasiləşdirib, məni siyasi məhbus siyahısına salmaq istəsələr də buna razılıq vermədik.
Çünki bizə Avropanın yox Prezidentin, Sizin köməyiniz lazımdır.
Məgər oğurlu cinayətindən şikayət etmək dövlət siyasətinə qarşı çıxmaq deməkdirmi?

“KURTLAR VADİSİ” MAFİYASININ QURBANI DANIŞDI

Qoca xəstə anam Sizin, Prezidentin qəbuluna düşmək üçün Orqanların qarşısında gecələyir. Anam Sizə ərizələrlə müraciət edib onu qəbul edib kömək etməyinizi xahiş edib. Anam Sizə mənim günahsız, şərlənərək həbs olunmağım barədə maddi sübutlar təqdim edəcək.
Hökmdən verdiyimiz Appeliyasiya Şikayətinə Şirvan Appelliyasiya Məhkəməsində baxılacaq.
Məni qondarma cinayətlə həbs edənlər Appelliyasiya Məhkəməsinə təzyiq etməyə çalışırlar.

Hörmətli Mehriban xanım!

Sizdən çox-çox xahiş edirəm mənim anamı qəbul edib dinləyib, bizə yaxından kömək edəsiniz.

O, bir olan Allahdan Sizə möhkəm can sağlığı, uzun ömür və işlərinizdə daima uğurlar arzulayıram».


Geri qayıt