Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QUBADA ZİYA MƏMMƏDOV QADAĞASI

QUBADA ZİYA MƏMMƏDOV QADAĞASI


11-09-2012, 12:08
QUBADA ZİYA MƏMMƏDOV QADAĞASI

HAKİM JURNALİSTLƏRİ NİYƏ QOVUB?

Bir qədər əvvəl Quba rayon məhkəməsinin hakimi Zamin Tahirov Azərbaycan məhkəməsi adına biabırçı addım atıb. O, prosesdə iştirak edən jurnalistləri “məhkəmədə baş verənləri olduğu kimi qəzetlərdə dərc edirsiz”, “Ziya Məmmədovun adını çəkiblərsə də, niyə bunu yazırsız”deməklə məhkəmə nəzərətçilərinə media mənsublarını və hüquq müdafiəçilərini zaldan çıxarma1 barədə göstəriş verib. Hazırda məhkəmə faktiki olaraq qapalı şəraitdə keçirilir. Hakimin bu addımı məhkəmənin faktiki olaraq nəqliyyat nazirindən asılılığına birbaşa sübutdur.

Qeyd edək ki, hazırda bu il martın 1-də Quba hadisələri zamanı tutulan şəxslərdən 8 nəfərinin işi üzrə məhkəmə prosesi davam etdirilir. Prosesdə sabiq icra başçısı Rauf Həbibovun özü iştirak etmir. Onu məhkəmədə iki nümayəndəsi təmsil edir - Vasif Həsənov və İlqar Məmmədov. Məhkəmə qarşısına çıxarılan Fərhad Abdurrəhmanov, Samir Xanmədov, Alxas Danyalov, Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov və Səxavət Ələsgərov proses zamanı özlərini ittiham üzrə günahkar saymırlar. Həbslərini əsassız və qanunsuz olduğunu söyləyiblər. Dünənki proses zamanı Rauf Həbibovun nəqliyyat naziri Ziya Məmmədova arxalanaraq Qubalıları təhqir etməsi və buna əhalinin etiraz etdiyi məhkəmənin diqqətinə çatdırılıb. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə), 186.2.2 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Hazırda Fərhad Abdurrəhmanov, Samir Xanmədov, Alxas Danyalov həbsdə olsalar da, digər şəxslərdən heç yerə getməmək haqda iltizam alınaraq sərbəst buraxılıblar. \ musavat \

Geri qayıt