Əsas Səhifə > Güney Press, Araşdırma > İLHAM ƏLİYEV MEYDANDA TƏNHA GÖRÜNÜR
İLHAM ƏLİYEV MEYDANDA TƏNHA GÖRÜNÜR11-09-2012, 12:14 |
PREZİDENTİN ETİBARLI NAZİRİ YOXDUR Artıq Azərbaycanda prezident seçkilərinin zamanı müəyyənləşib və qeyri-rəsmi olaraq artıq seçkilərə start verilib. Hazırda diqqəti daha çox cəlb edən cəbhə hakimiyyət daxilində baş verənlərdir.Konstitusiyaya əsasən bu seçkilərdə prezident İlham Əliyev növbəti dəfə seçkilərə qatıla bilər. Amma sir deyil ki, beynəlxalq güclər və bəzi maraqlı dairələr buna qarşı sərt mövqe tutacaqlar və seçkilərdən İlham Əliyev qalib çıxasa da Azərbaycan məğlub durumda olacaq. Necə ki, qərb politoloqları hesab edirdilər ki, əsas güc ona yönəldiləmlidir ki, Vladimir Putinin Rusiyada qalibiyyətinin qarşısını almaq mümkün olmasa da Rusiyanın məğlubiyyətinə nail olmaq lazımdır. Nəticədə nə baş verdi? Putin seçkilərdə qalib oldu, amma Rusiya avtoritar dövlətlər sırasına düşdü ə günün özündə Rusiya istənilən məsələ də güzəştə getməyə məcbur oldu. Hazırda euyi prosesi Azərbaycan yaşayır və artıq əksər analitik hesab eidr ki, seçkilərdə İlham Əliyev qalib gəlsə də əsas gərginliklər seçkilərdən sonraya 2013-cü və 2015-ci illərdə başlayacq və bu dəyişikliklərlə nəticələnəc. Belə olduğu üçündə indidən hakimiyyətin loyalla yolla dəyişdirilməsi, hətta Rusiya variantından yararlanmaq fikridə gündəmə gələ bilər. Bəs bu gün Azərbaycanda İlham Əliev üçün Dmitri medvediyev rolunu kim oyanaya biər? Gizlədilməyən reallıq Bu gün hisab edilir ki, bu missiyanı ha hakimiyyətdən kimsə , ya da ailə daxilindən tanınmış simalardan biri öz üzərinə götürə bilər. Bu kim olacaq. Ekspertlər hesab edir ki, bu gün İlham Əliyevi müvəqqəti də olsa əvəz edə biləcək şəxs ailə daxilindən ola biləmz. Çünki beynəlxalq güclərin təzyiqi daha da artacaq və bu güclər ölkədaxili amillərdən daha çox istifadə etməyə çalışacaq. Buna görə belə bir addım daha təhlükəli olacaq. Bu təqdirdə diqqət İlham Əlievin ətrafına yönləlir. Hazırda əsasən maliyyə və idarəetmə işlərində daha çox öndə duran simalar bunlardır. 1. Ramiz Mehdiyev 2. Kəmaləddin heydərov 3. Ziya Məmmədov 4. Rövnəq Abdullayev Başlayaq sonuncudan. Rövnəq Abdullayev bu gün diqqəti o qədər cəlb etməsə də ölkə büdcəsinə nəzarət edən simalardan biridir və siyasi iddiası açıq şəkildə ortaya çıxarsa, bəlkə də ölkədə baş nazirdən də görəvli şəxsdir. Amma siyasi səriştəsizliyi, hadisələrə yalnız biznes təfəkkürü ilə yanaşdığından bu şəxs diqqət mərkəzində deyil və onun prezident seçkilərində iştirakı faktiki mümkün deyil. Çünki xarizmatik kider kimi özünü tanıda bilməyib və bu baxımdan onun namizdəliyi üzərində dayanmaq mümkünzüdür. Belə olan halda diqqət Ramiz Mehdiyevə yönələ bilər. Ramiz Mehdiyev hakimiyyətdə İlham Əliyevə ən etibarlı sima kimi tanınıb və bu illər ərzində ramiz mehdiyevin İlham Əliyevə qarşı hansısa bir yanlış addımının şahidi də olmamışıq. Bundan başqa ramiz Mehdiyev hazırda ölkədə təmsil olunan bir neçə simalardandır ki, spözün həqiqi mənasında dövlətin mövcudluğu üçün çox işlər görüb və onun bu gücü beynəlxalq təşkilatlar və dövlət liderləri tərəfindən də qəbul edilir. Amma Ramiz Mehdiyevin bu addıma getməsi mümkün deyil. Ən azından Ramiz mehdiyev bir dövlət adamı kimi buna gütməyəcək və akademikin açıqlamalarından bunu anlamaq mümkündür ki, o yenə də prezident İlham Əliyevin seçkilərdə iştirakının tam tərəfdarıdır. O ki, qaldı yerdə qalan iki mühüm nazirə bu məsələdə də bir sıra problemlər var. Bunlar nədən ibarətdir? - Adı çəkilən hər iki şəxs artıq dünya düzənində həm də korrupsiyanın müəllifləri kimi tanınır və son olimpiada da bu məsələ yenidən biabırçı şəkildə ortaya çıxdı. Bu baxımdan onların korrupsiyanın xaç ataları kimi görəvə gətirilmələri sadəcə Azərbaycanın gülməli hala düşməsi deməkdir. Digər tərəfdən hər iki şəxs kifayət qədər maliyyələşib və bu cür kapitala sahib olan şəxslər artıq siyasi iddialara da sahibdilər və onlar uzağı başı bir neçə ayliq Dmitri medvediyev ola bilərlər. Yəni hesab edilmir ki, onlar İlahm Əlievin etibarlı müttəfiqləridir və onlar uzun müddət bu yolu getməyə hətta psixoloji baxımdan aslıdırlar. Əslində təhlilırə bunu sübutlayır ki, İlham Əliyev üçüncü dəfə prezidintliyə namizəd olarsa və uğurla fəaliyyətini davam etdirmək istəyirsə ilk növbədə töəmizləmə işlərinə yaxın çevrəsindən başlamalı olacaq. Beləliklə göründüyü kimi hazırda ən yaxşı variant elə İlham Əluiyevin yenidən alternativsiz seçkiərə qatılmasıdır. Amma ekspertlər, araşdırmaçılar başqa bir simanın üzərində dayanmağı da məsləhət görür. Bu isə hakimiyyət düşərgəsində siyasi qruplaşmalara müdaxilə etməyən , beynəlxalq ictimaiətdə nüfuzunu qoruyub saxlayan , hətta ABŞ-in aparıcı fiqurlarından olan Corc Sorosun rəğbətini qazanan hazırkı maliyyə Naziri Samir Şərifovdur. Yəqin bu haqda da düşünməyə dəyər və PAT.AZ-in bununla bağlı mümkün təhlillrini nəzərinizə çatdıracağıq. Geri qayıt |