Əsas Səhifə > Sosial, Manşet > BAYILIN SÖKÜLMƏSİNİ HANSI MƏMUR YUBADIR?

BAYILIN SÖKÜLMƏSİNİ HANSI MƏMUR YUBADIR?


11-09-2012, 12:33
BAYILIN SÖKÜLMƏSİNİ HANSI MƏMUR YUBADIR?

OLİQARXLAR ARASINDAKI GƏRGİNLİK SIRAVİ İNSANLARA PROBLEM YARADIR

DİA.AZ: - Neçə müddətdir ki, plana düşməsi anons edilən Səbayel rayonu Bayıl qəsəbəsindəki yaşayış evlərinin sökülməsi işi deyəsən, hələ çox yubanacaq. DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbələrdən ötürülən informasiyalar da belə deməyə əsas yaradır. Əldə etdiyimiz məlumatlara görə, 3 nüfuzlu məmurun Bayıla tamah salması nəhayətdə bu qəsəbənin sakinlərinin gözlərinin yolda qalmasına nədən olub.

Xatırladaq ki, «Avroviziya-2012» yarışmasına tədarük ərəfəsində ölkə prezidenti açıqlamalarının birində vurğulamışdı ki, qeyd olunan ərazidəki bir və iki mərtəbəlir evlərin hamısı sökülməlidir. Doğrudur, həmin vaxtı görülən tələsik işlər yalnız yarışmaya hazır olmaq üçün çabalardan ibarət oldu və əksər qəzalı evlər toxunulmaz olaraq qaldı.

Bununla bağlı redaksiyamızı bilgiləndirən mənbə qeyd edir ki, əslində bu ilin oktyabr ayının sonlarından etibarən Bayıldakı bir və iki mərtəbəli yaşayış evlərinin çökülməsi prosesinə start verilməli idi: «Amma 3 oliqarx məmurun ərazidə gözünün olması və onların bu məsələdə heç cürə anlaşa bilmələri Bayıldakı söküntü işlərinin qeyri-müəyyən vaxta qədər ertələnməsinə nədən olub».

Mənbəmiz onu da bildirdi ki, Bayıl qəsəbəsi uğrunda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezidentin şəxsi mühafizə idarəsinin rəisi Bəylər Əyyubovun maraqları toqquşur.

Geri qayıt