Əsas Səhifə > Siyasət, Manşet > MƏHƏRRƏM ƏLİYEV BÖYÜK QİSASA TƏDARÜK GÖRÜR

MƏHƏRRƏM ƏLİYEV BÖYÜK QİSASA TƏDARÜK GÖRÜR


11-09-2012, 13:13
MƏHƏRRƏM ƏLİYEV BÖYÜK QİSASA TƏDARÜK GÖRÜR

KEÇMİŞ POLİS RƏİSİ GÜNÜ GÜNDƏN ÇEVRƏSİNİ GENİŞLƏNDİRMƏKDƏDİR

DİA.AZ: - Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev qarşıdan gələn prezident seçkiləri ərəfəsində özünü bir güc kimi hiss etdirməkdə maraqlıdır. Bu artıq faktdır. DİA.AZ-ın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, bu günlərdə sabiq polis rəisi özünə yaxın şəxslərlə birgə təşkil etdiyi məclisdə Daxili İşlər Naziri Ramil Usubovla ədavətinin hələ də qüvvəsində qaldığını söyləməklə yanaşı, qisas gününü səbirsizliklə gözlədiyini də söyləyib.

Mənbəmiz iddia edir ki, Məhərrəm Əliyev son günlər bir sıra şəxslərlə ardıcıl görüşlər keçirir: «Maraqlıdır ki, onların əksəriyyəti zaman-zaman hakim düşərgədən ayrılmış və yaxud da müxtəlif səbəblərdən incik salınmış şəxslərdir. Doğrudur, hazırda vəzifə başında olan bir sıra şəxslər də Məhərrəm Əliyevlə münasibətlərini saxlayırlar. Onların arasında ən çox fəallıq edəni isə Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir. Təsadüfi deyil ki, Məhərrəm Əliyevin bütün görüşləri məhz icra başçısına aid məkanlarda baş tutur».

Mənbəmizin sözlərinə görə, böyük qisasa hazırlıq görən Məhərrəm Əliyev hazırda həbsxanada saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanova yaxın olmuş şəxsləri də ətrafında toparlamaqdadır: «Təbii ki, burada əsas hədəfin 2013 olması aydındır. Amma keçmiş polis rəisi nazir Usubovla da intriqasını unutmayıb».

Onu da xatırladaq ki, son zamanlar Məhərrəm Əliyev qardaşı, millət vəkili Adil Əliyevin əli ilə mətbuatda çox ciddi mövqe sahibi olmağa hazırlaşır.

Geri qayıt