Əsas Səhifə > Sosial, Manşet > MASALLIDA FOLKLOR FESTİVALI QALMAQALLA BİTDİ

MASALLIDA FOLKLOR FESTİVALI QALMAQALLA BİTDİ


11-09-2012, 13:24
MASALLIDA FOLKLOR FESTİVALI QALMAQALLA BİTDİ

LÜT-ÜRYAN OYNAYAN TURİSTLƏRƏ ETİRAZ EDƏNLƏR HƏBS EOLUNDULAR

DİA.AZ: - «Folklor paytaxtı» elan edilən Masallı rayonunda dünən yekun konserti keçirilən folklor festivalı insidentsiz ötüşməyib. Bu barədə Masallıdakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, dünən yekun konsertinin ardından Masallıya gələn xarici qonaqların rahat əylənə bilməsi üçün icra başçısı Rafil Hüseynov tərəfindən xüsusi şərait yaradılıb.

Mənbəmiz bildirir ki, rayon mərkəzində xarici qonaqlar üçün diskoteka təşkil olunub ki, diskotekada baş verənlər də yerli camaatın qəzəblənməsilə nəticələnib: «Diskotekada bolluca içib əylənən sərxoş əcnəbilərin lüt-üryan oynamalarına etiraz edən yerli sakinlərlə polis işçiləri arasında toqquşma baş verib».

Masallıdan daxil olan məlumatlardan aydın olur ki, toqquşma nəticəsində əsəbləri tarıma çəkilən bir qrup dindarla polis işçiləri mübahisə edib və sonradan onlardan üçü poliç işçiləri tərəfindən həbs edilib.

Mənbəmiz bildirir ki, həbs qərarı birbaşa olaraq icra başçısı Rafil Hüseynovun göstərişi ilə baş tutub: «İcra başçısı bildirib ki, onun olduğu təqdirdə Masallıda dindarlar heç bir ideyalarını yeridə bilməzlər və başını qaldıran həbs olunacaq».

Hazırda əcnəbi turistlərin lüt-üryan hoqqa çıxarmalarına etiraz edən Masallı sakinlərinin yerli polis idarəsində saxlanıldığını bildirən mənbəmiz onu da vurğuladı ki, saxlanılan dindarlara qarşı cinayət məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi açılıb və onlar 18 sentyabr tarixində etap olunacaqlar.

Geri qayıt