Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVİN ADAMINA CAVAB
RƏSUL QULİYEVİN ADAMINA CAVAB11-09-2012, 13:40 |
MÜSAVAT VƏ VHP-DƏN GƏLDİ “Zəminə Dünyamalıyeva İctimai Palatanın (İP) üzvüdür. Amma o, İP-in sonuncu sessiyası zamanı çıxışın düzgün başlamadı. Dedi ki, guya burada antidemokratik hərəkət olub. Əslində, ondan əvvəl çıxış edən İP üzvü birdən-birə gündəliyə yeddi təklif irəli sürürdü, həmin təkliflər isə səsvermə nəticəsində qəbul olunmadı. Burada heç antidemokratik hərəkətə yol verilməmişdi. Zəminə xanım tələskənliyə yol verdi və obyektiv olmayan fikir söylədi ki, guya cəbhəçilər çıxış edəndə müsavatçılar, müsavatçılar çıxış edəndə isə cəbhəçilər alqışlamır. Əslində isə həmin vaxta qədər çıxış edənlər Pənah Hüseyn və Ərəstun Oruclu idi ki, onlar da adıçəkilən partiyaların üzvləri deyil”. Bunu APA-ya açıqlamasında İP-in üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, İP üzvü, ACP liderinin müşaviri, ACP sədrinin müavini Zəminə Dünyamalıyevanın Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə İP-in birgə Koordinasiya Şurası yaratmaq barədə təklifinə də münasibət açıqlayıb: “Bu təklif İP-lə Məşvərət Məclisini eyniləşdirmək xəttinə oxşadı. Amma aydın məsələdir ki, yeni yaradılmış Məşvərət Məclisinin hansı məqsədlə qurulduğu, onun nə işlər görəcəyi İP-lə müqayisədə xeyli geridə qalır. Ona görə də belə bir təklifin qəbul olunma ehtimalı yüksək deyil, bu səbəbdən də qəbul olunmadı”. İP-in digər üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat şöbəsinin müdiri Samir Əsədli isə APA-ya açıqlamasında deyib ki, o, Z. Dünyamalıyevanın söylədiyi “real müxalifət-real müxalifət” kəlməsinin anlayışını bilmir: “Çünki 20 ildir ki, “real”, “əsas” və s. kimi sözlərlə müxalifəti parçalayıblar, bir-birinə düşmən ediblər. Bu gün İP müxalifətin ən geniş spektridir. Təkcə müxalifət partiyaları yox, QHT təmsilçiləri, müstəqil ziyalılar da bu mərkəzdir. Bu mərkəzlə kimsə əməkdaşlıq edə bilər. Daha İP dünən yranan qurumla əməkdaşlıq edə bilməz. Zəminə Dünyamlıyeva gəlir bu qurumu tənqid edir və onun içərisindən “real müxalifət”i Məşvərət Məclisi ilə birləşməyə çağırır. Burada açıq-aşkar gözügötürməzlik konturları hiss edilir və müxalifətin əvvəlki illərinin koordinasiya mərkəzlərinin parçalanmasına cəhd elementləri görünür. Axı Məşvərət Məclisində iştirak edən partiylrın əksəriyyəti İP-də təmsil olunan partiyalardır. Həm də, Məşvərət Məclisində üç-dörd partiyanı çıxmaq şərtilə, qalanları yalnız sədrdən ibarət partiyadır. İP bu cür partiya ilə necə əməkdaşlıq edə bilər?” Geri qayıt |