Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAĞÇA MÜƏLLİMLƏRİ HACIBALA ABUTALIBOVU NİYƏ SEVMİR?
BAĞÇA MÜƏLLİMLƏRİ HACIBALA ABUTALIBOVU NİYƏ SEVMİR?16-09-2012, 10:15 |
ONLARIN MAAŞLARI YARIBAYARI AZALIB Sentyabrın 15-də daha bir qrup bağça müəllimi Prezident Administrasiyası qarşısına toplaşaraq şikayətlərini bildiriblər. Müəllimlər deyir ki, bağçalar Dövlət Neft Şirkətinin balansından çıxarılıb Bakı şəhər İcra Hakimiyyətinə veriləndən sonra maaşları yarıbayarı azalıb. Əsasən Bakı kəndlərindəki uşaq bağçalarını təmsil edən müəllimlər bildiriblər ki, onların iki tələbi var: «Ya bizi yenidən Neft Şirkətinə qaytarsınlar ya da maaşlarımızı əvvəlki səviyyə qaldırsınlar. Biz Neft Şirkətində olanda, 250-300 manat maaş alırdıq, indi maaşım 100 manatdan da aşağı düşüb. Biz ailəmizi, uşaqlarımızı necə dolandıraq? Azərbaycan neft ölkəsidir. Niyə bizim maaşımızı aşağı salırlar. Adətən dəyişiklik olanda, yaxşılığa doğru olub. Biz prezident İlham Əliyevdən xahiş edirik ki, bu məsələyə baxsın, biz yaşaya bilmirik». Müəllimlərdən 4 nəfəri Prezident Administrasiyasında qəbul ediblər və onlara ərizə ilə Nazirlər Kabinetinə müraciət etmək tövsiyə olunub. Bundan əvvəl, sentyabrın 8-də də Qaradağ rayonundakı bağçaların müəllimləri Prezident Administrasiyası və Heydər Əliyev Fondu qarşısında piketə cəhd etmişdi. Onlara da deyilmişdi ki, şikayətlərini Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyətinə məktubla yollasınlar. İcra hakimiyyətində isə onları qəbul edən olmamışdı. Bakıda Neft Şirkətinə məxsus 40-dan çox uşaq bağçası avqustun 1-dən Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Təhsil Nazirliyinin tərkibində olan bağçalara da bu ildən Bakı şəhər İcra Hakimiyyəti nəzarət edir. \ Azadlıq Radiosu \ Geri qayıt |