Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KEÇMİŞ MTN ŞEFİ DİLƏ GƏLDİ

KEÇMİŞ MTN ŞEFİ DİLƏ GƏLDİ


16-09-2012, 10:47
KEÇMİŞ MTN ŞEFİ DİLƏ GƏLDİ

NAMİQ ABBASOV SƏFİR POSTUNDAN MƏMNUNDUR

Keçmiş milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasov səhhəti ilə bağlı KİV-lərdə yayılan məlumatları təkzib edib. Eks-nazir N.Abbasov modern.az saytına eksklüziv açıqlamasında bildirib ki, səhhətinə görə Azərbaycana dönmək istəməsi barədə mediada yayılan məlumatların heç bir əsası yoxdur.

“Mətbuatda mənim haqqımda gedən məlumatlar əsassızdır və şayiədir. Səhhətim qaydasındadır. Cənab prezidentin mənə verdiyi səfir səlahiyyətlərini lazımi qaydada davam etdirirəm” -deyə Namiq Abbasov vurğulayıb: “Hazırda Bakıdayam və prezidentin səfirlərlə keçirəcəyi illik toplantısında iştirak etmək üçün gəlmişəm”.

Xatırladaq ki, KİV-də səfirin diplomatik missiyasını başa çatdırmaq istədiyi barədə məlumat yayılıb. Xəbərdə N.Abbasovun səhhəti ilə bağlı vəzifəsindən azad olunması üçün prezidentə müraciət etdiyi qeyd olunub.

Eks-nazir 2004-cü ildən Özbəkistana səfir təyin edilib.

Geri qayıt