Əsas Səhifə > Dünya > ALMANİYA AVROPANI QARIŞDIRIR

ALMANİYA AVROPANI QARIŞDIRIR


16-09-2012, 11:20
ALMANİYA AVROPANI QARIŞDIRIR

İSPANİYADA ANTİALMAN AKSİYALARI DAVAM EDİR

İspaniyada Raxoy hökümətinin sərt iqtisadi siyasətdə israrlı olması Madriddə növbəti izdihamlı etiraz aksiyasına yol açıb. 10 minlərin yürüşünə ölkənin müxtəlif əyalətlərindən müxtəlif peşə və təbəqənin insanları qatılıb. Etirazçılar hökümətin xarici borcu azaltmaq üçün həyata keçirdiyi büdcə kəsrlərinə və vergilərin artımına qarşı çıxıb. Hökümətin sərt islahatlarından sonra işsizlik səviyyəsi rekord həddə çatıb, hökümətin iqtisadi siyasətindən təngə gəlmiş həmkarlar ittifaqları höküməti borc böhranı ilə bağlı bir sıra məsələlərə görə ümummilli referendum elan etməyə çağırıb

“Daha Almaniyanın təzyiqlərini qəbul etməli deyilik. Bütün cənubi Avropa ölkələri, Yunanıstan, İspaniya, İtaliya avropalı (kreditorlara) qarşı güclü təpki göstərməlidir. Onların Avropaya ismarışı belə olmalıdır: “Biz borcumuzu ödəyəcəyik, ancaq belə quldarlıq vasitələri ilə yox”",- deyə etirazçılar mediyaya bildiriblər: “Məktəblərin yeməkxanalarına ayrılan vəsaitin də ixtisarından sonra şagirdlərin çoxu yeməksiz qalıb. Halbuki bir vaxtlar bir çox şagirdlərin hər zaman ümid edə biləcəyi qida məhz bufetlərdə verilən yemək idi”.

Etiraz aksiyasını özünəməxsus edən amillərdən biri də etirazçıların müxtəlif peşə və sosial təbəqələrə uyğun fərqli rənglərdə təmsil olunması olub. Belə ki, müəllimlər yaşıl, yaşlı və əlillər narıncı, dövlət qulluqçuları qara, tibb işçiləri ağ, qadınları isə çəhrayı qiyafələrdə nümayişə qatılıb.

Geri qayıt