Əsas Səhifə > Partiya > PARTİYA SƏDRİNİN MÜAVİNİN SƏHHƏTİ PİSLƏŞİB

PARTİYA SƏDRİNİN MÜAVİNİN SƏHHƏTİ PİSLƏŞİB


17-09-2012, 11:58
PARTİYA SƏDRİNİN MÜAVİNİN SƏHHƏTİ PİSLƏŞİB

ARİF QƏNİYEVİN PSİXOLOJİ GƏRGİNLİYİ VAR

Azərbaycan İslam Partiyasının (AİP) Sumqayıt komitəsinin sədri Vüqar İboyev Salyan şəhəri 5 saylı cəzaçəkmə müəssisəsində AİP sədr müavini Arif Qəniyevlə görüşüb.

SalamNews xeberlent.az saytına istinadən xəbər verir ki, Vüqar İboyev bildirib ki, A.Qəniyevin səhhətində problem yaranıb, psixoloji gərginliyi var. Bu da onun haqsızlıqla həbs olunması ilə əlaqədardır.

Düzdür, həbsxana rəhbərliyi ona diqqət yetirir, hətta ona tibb məntəqəsinə və Mərkəzi Xəstəxanaya köçürülməsini təklif etsə də o, bunu qəbul etməyib”- V.İboyev bildirib.

Xatırladaq ki, Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəmənin qərarından apellyasiya şikayəti verməyib. İslamçı Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.

Bu ilin iyunun 5-də məhkəmə Arif Qəniyevin cəzadan vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və iyunun 6-da islamçı azadlığa çıxıb.

Lakin 30.08.2012 tarixdə məhkəmə qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qanun ləğv edilib və Arif Qəniyev yenidən həbs olunub.

Geri qayıt