Əsas Səhifə > Sosial, Manşet > DÜNYA BANKININ “GİZLİ MİSSİYASI” BAKIDA
DÜNYA BANKININ “GİZLİ MİSSİYASI” BAKIDA17-09-2012, 12:27 |
DB NÜMAYƏNDƏLƏRİ AKTİKORRUPSİYA TƏDBİRLƏRİNDƏN RAZI DEYİL DİA.AZ: - Məlum olduğu kimi Dünya Bankının (DB) bir neçə nümayəndəsi artıq Bakıdadır. Doğrudur, rəsmi informasiyalarda deyilənə görə, Bakıya gələnlər DB-nin daşınmaz əmlakın qeydiyyatı layihəsi üzrə missiyasıdır. Lakin DİA.AZ-a hökumət içindən tamam fərqli xəbərlər də ötürülüb ki, bu da ortada kifayət qədər şübhəli məqamların olmasından xəbər verir. Əldə etdiyimiz bilgilər də təsdiqləyir ki, Bakıya gələnlər heç də rəsmi məlumatlarda qeyd olunan missiya ilə məhdudlaşmır. Diqqət yetirin, rəsmi mövqedə bildirilir ki, şənbə günündən etibarən başlayan səfər sentyabrın 22-dək davam edəcək: «Səfər icmal xarakteri daşıyır». Doğrudur, DB-dən gələn missiya əmlak məsələləri ilə bağlı da tədbirlər keçirəcək və missiyanın yalnız görüntüdə olan hissəsi budur. Elə mətbuata yalnız layihənin DB-dən olan koordinatoru Geyvin Adlinqtonla bağlı məlumatın verilməsi də buna əsas yaradır. Amma redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, DB-dən gələn bir qrupp mütəxəssis isə rəsmi Bakının korrupsiyaya qarşı mübarizə işini geniş şəkildə araşdıracaq və bu missiyanın hazırlayacağı hesabat Azərbaycan dövləti ilə Dünya Bankı arasındakı əməkdaşlığın sonrakı taleyinin müəyyənləşməsində də müstəsna rol oynayacaq. Xatırladaq ki, hələ 2010-cu ildə Dünya Bankı ilə rəsmi Bakı arasında 1 milyard ABŞ dolları həcmində gizli bir anlaşmanın əldə olunduğu söylənilmişdi. Əslində bu anlaşma heç də məxfi deyil, sadəcə olaraq rəsmi Bakının bu yöndəki gizli işləri, baş verənlərin ictimaiyyətdən gizli saxlama cəhdləri anlaşmanın mübhəmliyi qənaətini ortaya qoymuş oldu. Və bu anlaşmaya uyğun olaraq keçən ilin fevral ayından etibarən bütün Azərbaycan miqyasında antikorrupsiya tədbirləri həyata keçirildi. Bildirək ki, YAP iqtidarı bu tədbirlərin əslində kampaniya yox, siyasət olduğunu iddia etdi. Lakin bu iddialar da əslində DB ilə rəsmi Bakı arasındakı anlaşmanın sirli tutulmasına yönəlik cəhdlər silsiləsindən olduğundan inandırıcılıq payı az oldu. Çünki sonradan layihənin bitməsini hər kəs görmüş oldu. Məlumatlı qaynağın iddialarına görə, bu günlərdə antikorrupsiya sezonunun ikinci dalğası ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış və icrası 2012-2015-ci illəri əhatə edən fəaliyyət proqramı da əslində Dünya Bankı ilə növbəti anlaşmadır və bu gün Bakıda olan DB nümayəndələri də məhz bu məqamla bağlı səfər ediblər. Məlumatlara görə, ilkin olaraq DB nümayəndələri rəsmi Bakının korrupsiyaya qarşı apardıqları mübarizədən razı qalıblar: «Amma ciddi tövsiyyələr də var. Və burada əsas iradlar antikorrupsiya tədbirlərinin dövlət aparatının daha yuxarı mərtəbələrinə qədər irəliləyə bilməməsi ilə bağlı olub». Geri qayıt |