Əsas Səhifə > Sosial, Manşet > DSMF ŞEFİ SƏLİM MÜSLÜMOV HƏBS OLUNA BİLƏR
DSMF ŞEFİ SƏLİM MÜSLÜMOV HƏBS OLUNA BİLƏR17-09-2012, 12:51 |
ƏLAĞA HÜSEYNOVUN AQİBƏTİ İSƏ ZİYA MƏMMƏDOVDAN BİRBAŞA ASILIDIR DİA.AZ: - Bir neçə gün əvvəl prezident İlham Əliyev «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nı təsdiqlədi. Bildirək ki, artıq belə bir sərəncamın imzalanması bir çox hakimiyyət dairələrində böyük narahatçılıq yaradıb. Təsadüfi deyil ki, bəzi ekspertlər 2013-cü il prezident seçkiləri ərəfəsində atılan bu addımı seçkiqabağı dönəm üçün hakimiyyət daxilində yeni təmizləmə kampaniyasının əsas açarı kimi təqdim etməkdədirlər. DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaq tərəfindən ötürülən informasiyada deyilir ki, əslində sözügedən fəaliyyət planı birbaşa olaraq rəsmi Bakının antikorrupsiya tədbirlərinin birinci dalğasının yekunu kimi də qiymətləndirilə bilər: «Birinci dalğa boyunca daha çox hədəfə alınanı Dövlət Sosial Müdafiə Fondu və hərbi komissiarlıq işçiləri oldular. Bu dəfə isə sözügedən cinah üzrə antikorrupsiya hərəkətlənməsi daha da yuxarı instansiyalara doğru irəliləyəcək». Konkret olaraq 2013-cü ilin prezident seçkiləri ərəfəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun hədəfə alınacağını bildirən mənbəmiz vurğuladı ki, hətta DSMF şefinin həbsi belə gözləniləndir: «Çünki beynəlxalq qurumlar da daha samballı tədbirlər tələb edir. Və belə bir şəraitdə artıq birinci antikorrupsiya sezonunda qol-budağı yetərincə budanmış Səlim Müslümov ən uğurlu «qurbanlıqdır». İkinci hədəf isə hələlik deputat toxunulmazlığı altındadır. Söhbət təbii ki, keçmiş respublika baş hərbi komissarı Əliağa Hüseynovdan gedir. Məsələnin onun özünün hədəfə çevrilməsinə qədər inkişafı da gözləniləndir. Bu, daha çox proseslərin inkişaf axarından və Əlağa Hüseynovun qohumlarının hakimiyyət içindəki mövqelərinin durumundan birbaşa asılı olacaq». Qeyd edək ki, keçmiş baş hərbi komissar Əlağa Hüseynov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır və onun himayəsi altında hesab olunur. Geri qayıt |