Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOV ÖZ ZAVODUNU NİYƏ PARTLADIB?

CAVİD QURBANOV ÖZ ZAVODUNU NİYƏ PARTLADIB?


19-09-2012, 08:48
CAVİD QURBANOV ÖZ ZAVODUNU NİYƏ PARTLADIB?

SUMQAYITDA BAŞ VERƏN MÜBHƏM OLAYIN PƏRDƏARXASI GÖRÜNTÜLƏRİ

DİA.AZ: - Məlum olduğu kimi Sumqayıtdakı “Məişət Malları” Açıq Səhmdar Cəmiyyətində (keçmiş Səthi Yuyucu Vasitələri Zavodu) partlayış baş verdi. Qeyd edək ki, partlayışla bağlı müvafiq dövlət qurumları açıqlama verərək hadisəni məhz qaynaqçılar tərəfindən bilməyərəkdən törədilməsini dedilər. Anacaq bu məsələnin görünən tərəfidir.

DİA.AZ-a anonim mənbələrdən ötürülən informasiyalardan belə aydın olur ki, partlayışın baş verdiyi müsəssisə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanova məxsusdur. Məlumatı verən mənbə bildirir ki, hakimiyyət dairələri hadisə ilə bağlı məsuliyyəti ancaq Cavid Qurbanovda gorür. Hətta rəsmi çevrələrin əlində təkzibolunmaz faktlar da var ki, bu hadisəCavid Qurbanovun yaxın adamları tərəfindən törədilib. Hər halda burada inandırıcılıq payı az olsa da, mənbəmiz iddia edir ki, bu yolla son zamanlar bir sıra iqtidar çevrələri tərəfindən hədəfə alınan və hətta gedəcəyi ilə bağlı informasiyalar dolaşan Cavid Qurbanov qisas almaq fikrinə düşüb.

Mənbəmizin sözlərinə görə, artıq ASC şefinin yaxın adamları baş vermiş partlayışla bağlı sorğu-suala çəkiliblər.

Geri qayıt