Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ANS NAZİRİN ƏLALTI KANALIDIR?
ANS NAZİRİN ƏLALTI KANALIDIR?19-09-2012, 09:01 |
SÖZ HAQQI TAPDANAN TƏHSİL EKSPERTİ ÜRƏYİNİ BOŞALTDI DİA.AZ: - ANS telekanalının dünən səhər (18.09.2012) efirə gedən “Salam Azərbaycan” proqramında, sözün əsl mənasında, qalmaqal baş verib. Belə ki, proqramın qonaqlarından biri – Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov çıxışını bitirdikdən sonra ekspert qismində dəvət olunmuş digər qonaq – riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının müzakirə olunan məsələyə münasibət bildirməsinə imkan verməyib. Osmanlı çıxışına başlayandan təxminən 1 dəqiqə sonra aparıcılar təcili olaraq mövzunu qapatmaqla birtəhər vəziyyətdən çıxıblar. İnsidentlə bağlı, çıxışetmə haqqı pozulan Əlövsət müəllimə müraciət edərək məsələyə aydınlıq gətirməsini istədik. O DİA.AZ-a bunları deyib: “Canlı efirdə baş verən bu biabırçılığa görə gülməkdən başqa çarəm qalmır. Milyonlarla tamaşaçı – müəllim, valideyn və şagird ölkənin ümumtəhsil sisteminə kimin rəhbərlik etdiyini əyani surətdə bir daha gördü. Biz ekspert olaraq, neçə vaxtdır ki, özünü müasir dövlət qulluqçusu kimi yox, XIX əsr düşüncəli kəndxuda Xudayar bəy kimi aparan Aydın Əhmədovun təhsilimizin başına açdığı oyunlardan yazırıq. Azərbaycanda kurikulum islahatını pis günə salanlardan birincisi məhz bu adamdır desək, yəqin ki, yanılmarıq. Aydın Əhmədovun öz şakərinə uyğun olaraq, qara-qışqırıq salıb opponentinə söz imkanı tanımaması, təbii ki, onun sahib olduğu pedaqoji və mənəvi dəyərlərin göstəricisidir. O, aparıcı xanımların mədəniliyindən istifadə edərək aranı qata, qonağın sözünü kəsə bilsə də, bununla nəyəsə nail ola biləcəyinə inanmaqda çox səhv edir. Biz həqiqətləri Aydın Əhmədov və onun mənsub olduğu mütəşəkkil dəstənin ölkə təhsilinin başına gətirdiyi oyunları açıb göstərmək üçün hər cür imkandan istifadə edəcəyik. Çalışacağıq ki, həmin dəstə ictimai qınaq taxtasından düşməsin və əməllərinə görə müvafiq qaydada cavab versin. Aydın Əhmədova bildirirəm: Haqqınızda yazılan kitabları və məqalələri oxuyun, görəcəksiniz ki, orada yazılanlar bu gün efirdə çıxardığınız oyunlara necə də bənzəyir. Bu adamın efirdən sonra studiyada və dəhlizdə özünü necə aparmasını görmək də olduqca düşündürücü idi. Kaş ki, televiziya əməkdaşları həmin hərəkətləri lentə alıb tamaşaçılara göstərəydilər”... Geri qayıt |