Əsas Səhifə > Güney Press, Araşdırma > KƏMALƏDDİN HEYDƏROVUN ZAQATALA BİZNESİ
KƏMALƏDDİN HEYDƏROVUN ZAQATALA BİZNESİ19-09-2012, 09:06 |
FHN-NİN İŞÇİLƏRİ İNŞAAT İŞLƏRİNİ SATIŞA ÇIXARIB DİA.AZ: - Bu ilin mayında Zaqatala rayonunda baş vermiş zəlzələdən sonra təbii fəlakətdən zərər görmüş vətəndaşlar üçün yeni evlərin tikintisi həyata keçirilir. Əldə olunan məlumatlardan aydın olur ki, 3000-ə yaxın belə tikilinin yaxın vaxtlara kimi hazır olması nəzərdə tutulsa da, prosesin uzanacağı şübhəsizdir. Buna səbəb isə pul qazanmaq həvəsidir. Məsələ ilə bağlı aldığımız məlumatlarda deyilir ki, FHN-in Zaqatala üzrə nümayəndəsi pul qazanmağın asan yolunu tapıb. Belə ki, həmin şəxs zəlzələdən zərər çəkənlərə mənzil tikintisini satışa çıxarıb. Bu barədə danışan mənbə bildirib ki, FHN-in yerli nümayəndəsi tikinti işlərini ayrı-ayrı adamlara satır. Məlumatda deyilir ki, dövlət büdcəsindən ayrılmış vəsait hesabına bir mənzilin neçəyə başa gəlməsi nəzərə alaınaraq, qiymət müəyyənləşdirilir. Yəni, əgər mənzil 12 min manata başa gəlirsə, onun 15-20 faizi FHN-in yerli rəhbərliyinə verilməlidir. \ tia.az \ Geri qayıt |